RU

COP29-da yaşıl gələcək üçün insan kapitalının artırılması məsələləri müzakirə olundu

COP29 çərçivəsində "NEQSOL Holding” şirkətinin əməkdaşlığı ilə "Yaşıl gələcək üçün insan kapitalının artırılması" mövzusunda tədbir keçirilib.

Bizim.Media xəbər verir ki, "KPMG” təşkilatının Qlobal Dekarbonizasiya Mərkəzinin meneceri xanım Avery Johnstonun moderatorluğu ilə keçirilən tədbirdə UNICEF-in Avropa və Mərkəzi Asiya üzrə iqlim dəyişmələri məsələlərinə dair regional müşaviri Maria Osbeck təhsil sisteminə investisiya olunmasının daha geniş bir baxış tələb etdiyini deyib.

Təhsilin əsasını müəllimlərin təşkil etdiyini xatırladan müşavir əlavə edib:

“Müəllimlər iqlim dəyişiklikləri ilə mübarizə barədə məlumatlandırılmalı, onlara bu işdə irəliləyiş əldə etmələri üçün stimul verilməlidir. Buna görə də, iqlim dəyişikliklərinin kurikulumlara, təhsil standartlarına inteqrasiyası UNICEF-in qlobal səviyyədə, eləcə də bu regionda əsas fəaliyyət istiqamətlərindən biridir. Biz çox şadıq ki, regiondakı bir çox ölkələr UNICEF ilə iqlim dəyişikliklərinin təhsilə inteqrasiyası üzrə birgə fəaliyyətə çağırış edirlər”.

Finlandiyanın sabiq Prezidenti Tarja Halonen dayanıqlı gələcək üçün təhsilin və insan hüquqlarının əhəmiyyətini önə çəkib. O, gənclərin cəmiyyətdəki mühüm rolunu qeyd edərək, onların səhiyyə və təhsil də daxil bütün insan hüquqlarına sahib olmalarının vacibliyini vurğulayıb.

Milli Məclisin deputatı, ADA Universitetinin prorektoru Fariz İsmayılzadə iqlim dəyişikliyi mövzusunda universitetlərdə müzakirələr aparılmalı olduğunu diqqətə çatdırıb.

O, ADA Universitetində tələbələrin sosial layihələrə qatılaraq bu sahədə fəaliyyət göstərdiklərini qeyd edib.
 

"NEQSOL Holding” şirkətinin Azərbaycan ofisinin rəhbəri İmran Əhmədzadə şirkətin iqlim dəyişikliyi ilə bağlı işlər barədə danışıb, 11 ölkədə təhsil, səhiyyə və dayanıqlılıq layihələrini dəstəklədiklərini deyib.


Daha sonra iştirakçıları maraqlandıran suallar cavablandırılıb.

Bizim.Media

Избранный
39
1
bizim.media

2Источники