RU

Braziliyada keçiriləcək G20 sammitində 40-dan çox ölkə iştirak edəcək

Bazar ertəsi Rio-de-Janeyroda başlayacaq İyirmilik Qrupunun (G20) sammitində 40-dan çox ölkə iştirak edəcək. Bu barədə Braziliya prezidenti Luiz İnasiu Lula da Silva məlumat verib:

"Əhəmiyyətli olan odur ki, Braziliyada keçiriləcək G20 sammitində 40-dan çox ölkə iştirak edəcək. Aclıq və yoxsulluqla mübarizəni müzakirə etməklə yanaşı, ölkəmizin böyük üstünlüyə malik olduğu mövzu olan enerji keçidindən də danışacağıq. Qlobal idarəçilik kimi, qərarlarına hörmət edilməsini təmin etmək üçün BMT-nin islahatlara ehtiyacı var”.

Lula da Silva bazar günü Anqola prezidenti Joao Lourenço, Vyetnamın baş naziri Fam Min Tin, Misir prezidenti Əbdülfəttah əs-Sisi, Malayziyanın baş naziri Ənvər İbrahim, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan və Cənubi Afrika Respublikasının prezidenti Siril Ramafosa ilə görüşüb. Sammitdə, həmçinin Avropa Komissiyasının sədri Ursula fon der Leyen və BƏƏ nümayəndə heyəti iştirak edir.

Oxuməni.az

Избранный
10
oxumeni.az

1Источники