RU

"Sumqayıt"ın eks baş məşqçisi yenə işsiz qaldı

"Sumqayıt"ın sabiq baş məşqçisi Aleksey Baqa son olaraq çalışdırdığı Rusiya təmsilçisi "Sokol"dan ayrılıb.

Sportinfo.az xəbər verir ki, bu barədə Saratov təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

Klub ona gələcək karyerasında uğurlar arzulayıb.

Əvvəllər BATE (Belarus), "Jalqiris" (Litva) və "Aktobe" (Qazaxıstan) kimi komandaları çalışdırmış belaruslu mütəxəssis 2021/2022 mövsümündə "Sumqayıt"ın baş məşqçisi olub.

"Sokol" hazırda Rusiya I Liqasında 16-cı yerdə qərarlaşıb. Komanda keçirdiyi 19 oyunda 19 xal toplayıb.

Избранный
39
1
sportinfo.az

4Источники