RU

Publik hüquqi şəxslərə büdcədən ayırmalar 5%-dən çox artırılır

2025-ci ildə Azərbaycanda dövlət büdcəsindən 56 publik hüquqi şəxsə (PHŞ) 1 milyard 162,6 milyon manat vəsait ayrılması proqnozlaşdırılır.

“Report” xəbər verir ki, bu barədə Hesablama Palatasının "2025-ci il dövlət büdcəsi haqqında" qanun layihəsinə verdiyi rəydə bildirilir.

Sənədə əsasən, bu, 2024-cü illə müqayisədə 5,2 % çoxdur.

Gələn il ayrılacaq vəsaitin 1 milyard 109,3 milyon manat dövlət sifarişinə yönəldiləcək. Bu isə 11,2 % artım deməkdir.

Palatanın apardığı kənar dövlət maliyyə nəzarəti tədbirləri bəzi PHŞ-lər üzrə dövlət sifarişinin konkret müəyyən edilmədiyi, müxtəlif illər üzrə eyni olduğu, eləcə də dövlət sifarişi zamanı vəsait ayrılması zamanı məbləğin fəaliyyətlə uzlaşdırılmadığı aşkar edilib. Eyni zamanda, bəzi PHŞ-lər üzrə məqsədli maliyyələşmələr ilin sonunda bank hesabında qalıb, bəzi hallarda, bu, müqavilədə nəzərə alınmayıb. Bununla yanaşı, bu sahədə xərc normativlərinin müəyyən edilməməsi büdcə vəsaitlərinin səmərəli və qənaətcil istifadə edilməməsi ilə nəticələnə bilər.

Избранный
19
1
azpolitika.info

2Источники