RU

Aygün Əliyeva: "TDT liderləri səviyyəsində əlaqələr vətəndaş cəmiyyətinə də inteqrasiya olunub"

"Azərbaycanın əldə etdiyi möhtəşəm zəfərdən sonra, onsuz da, tarixən mövcud olan türk birliyinin etno-siyasi coğrafiyası da bərpa olundu. Bu gün Türk Dövlətləri Təşkilatının daxilində təmsil olunan türkdilli dövlətlərin istər sosial-iqtisadi sahədə, istərsə də ictimai həyatın bütün sahələrində münasibətləri intensivləşir".

hakimiyyet.az xəbər verir ki, bu sözləri Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin icraçı direktoru, COP29 təşkilat komitəsinin üzvü Aygün Əliyeva COP29 çərçivəsində baş tutan Türk Dövlətləri Təşkilatının QHT-lərinin forumunda jurnalistlərə verdiyi açıqlamada deyib.

Aygün Əliyeva vurğulayıb ki, türkdilli dövlətlərin əlaqələri dövlət başçıları səviyyəsində olmaqla bərabər, son illər vətəndaş cəmiyyətinə də inteqrasiya olunub:

"Bu əlaqələrin inkişafında dövlətlərlə bərabər, vətəndaş cəmiyyəti nümayəndələrinin bir-birinə olan münasibəti və bağlılığı da çox önəmlidir. Ölkə prezidenti İlham Əliyevin qeyd etdiyi kimi, XXI əsr türk dünyasının əsri olmalıdır. Odur ki, vətəndaş cəmiyyətinin nümayəndələri də bu gün COP29-un İnsan Kapitalı Günündə türkdilli ölkələrin vətəndaş cəmiyyətlərinin birgə forumunu keçirirlər. Bu, təbii ki, təsadüfi deyil. Biz insan kapitalımızı birləşdirməklə regiondakı ekoloji problemlərlə mübarizə aparmaqla bərabər, vahid Turanın qurulmasına da öz töhfəmizi verə bilərik".

Aygün Mirakif

Избранный
19
3
hakimiyyet.az

4Источники