RU

Emin Əmrullayev: “Ekoloji savadlılığın artırılması istiqamətdində işlər görülür”

Emin
“Ekoloji savadlılığın artırılması istiqamətdində işlər görülür və məqsədimiz onun yalnız milli gündəm səviyyəsində qalmaması, həm də regional səviyyəyə qədər genişlənməsidir” . 1news.az xəbər verir ki, bunu Elm və təhsil naziri Emin Əmrullayev COP29 konfransı çərçivəsində keçirilən mətbuat konfransında qeyd edib.
O, bildirib ki, məqsəd odur ki, bu məsələ regionların proqramlarına daxil edilsin və ekoloji savadlılıq səviyyəsi yüksəldilsin.
“Bu mövzuda PİSA UNESCO-nun dəstəyi ilə bir hesabat hazırlanıb və ətraf mühitlə bağlı ekoloji savadlılığın qiymətləndirilməsi təklif olunub. Hesabatda müxtəlif ölçmə alətləri nəzərdə tutulur, fizika, riyaziyyat və digər sahələr üzrə bu qiymətləndirmə alətləri hazırlanıb. Bu çərçivə, ekoloji savadlılığı ölçmək üçün müxtəlif hökumətlər tərəfindən tətbiq edilə biləcək bir yanaşmadır və gələcək beş il ərzində həyata keçirilməsi planlaşdırılır. Bu müddət 2030-cu ilin dekabr ayına qədər davam edəcək və çox sayda ölkənin təşəbbüsə qoşulacağı gözlənilir. Hal-hazırda geniş müzakirələr aparılır və yaxşı təcrübələr öyrənilir. Bu çərçivə əsasında ölkələr arasında müqayisə aparmaq mümkün olacaq və məlumatlar həmin ölkələrə təqdim ediləcək. “Universitetlərin dayanıqlılıq reytinqinə əsasən, gələn il üçün nəticələr açıqlanacaq və yaşıl zona elan ediləcək.
“Universitetlərin necə "yaşıl" ola biləcəyi haqqında maraqlı müzakirələr aparılacaq. Bu yaşıl reytinqdə çox maraqlı indikatorlar var və müxtəlif metodologiyalardan istifadə edilir. Universitetlərin dayanıqlılıq səviyyəsinin ölçülməsi və bu təşəbbüs çərçivəsində yaşıl infrastruktur məsələlərinin ətraflı müzakirə olunması gözlənilir. Ümid edirik ki, bu müzakirələr təhsilin müxtəlif ölkələrdə daha yüksək səviyyəyə çatdırılmasına kömək edəcək”.

Foto: Nadir İbrahimli

Избранный
49
1news.az

1Источники