RU

Gəlin,hərəmizə bir ağac əkək

Yaşıllıq gözəldi,həm çox rahatdır.

Yaşıllıq havadı,sağlam həyatdır.

Yaşıllıq yer üstə,sanki xalıdır,

Yaşıllıq elə bil,yerin şalıdır,

Gəlin,hərəmizə bir ağac əkək.

******

Ağaclar bu yerdə,sanki həkimdi.

Verdiyi sevinclər büküm-bükümdü.

Ağaca baxdıqca açılır dilim,

Bizlərə xoş gəldi hər ayım-ilim.

Gəlin,hərəmizə bir ağac əkək.

******

Yaz vaxtı ağaclar çiçək açırlar.

Bu vaxt xəstəliklər burdan qaçırlar.

Burda kəpənəklər,quşlar uçuşur,

Zövq alan uşaqlar hər an qaçışır.

Gəlin,hərəmizə bir ağac əkək.

******

Ağaca baxdıqca ömrümüz artır.

Elə bil dərd-kədər torpağa batır.

Ağaca baxdıqca kədərim qaçır.

Elə  bil,sinəmdə ürək gül açır.

Gəlin,hərəmizə bir ağac əkək.

******

Ağaclar hər zaman gərəyimizdir.

Baxdıqca xoş olan ürəyimizdir.

Əklilən ağaclar bir yarşıqdır.

Elə bil canlıdı,sevən aşiqdir.

Gəlin,hərəmizə bir ağac əkək.

******

Şeirin müəllifi:Dünya Qarabağlı-Texniki Universitetin İqtisadiyyat və İdarəetmə fakültəsinin tələbəsi.

 

Избранный
16
adalet.az

1Источники