RU

İran Trampın qələbəsindən sonra İsrailə cavab verməkdən imtina etmədiyini deyir

İranın oktyabrda İslam Respublikasına hücumuna görə İsrailə cavab vermək zərurəti ilə bağlı mövqeyi Donald Trampın ABŞ prezident seçkilərində qələbəsindən sonra dəyişməyib. Bunu İran Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi İsmail Bəqayi deyib.

"Biz dəfələrlə bəyan etmişik ki, İran İslam Respublikasının ərazi bütövlüyü və suverenliyini müdafiə etmək üçün heç kimdən icazə istəməyəcəyik. İrana qarşı təcavüzə qətiyyətlə cavab verəcəyik", - o bildirib.

Bundan əvvəl İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH, İran Silahlı Qüvvələrinin elit bölmələri) komandiri general-leytenant Hüseyn Səlami İsraili oktyabrda respublikaya hücuma görə tezliklə qisas alacağı ilə hədələyib.
 
İran ordusunun baş komandanı, general-leytenant Əbdülrəhim Musəvi Tehranın cavabının sarsıdıcı olacağını vəd edib.

Oktyabrın 1-də İran Fələstinin radikal HƏMAS hərəkatı, Livanın şiə təşkilatı Hizbullah və SEPAH-ın rəhbərliyində olan əsas şəxslərin öldürülməsinə cavab olaraq İsrailə geniş miqyaslı raket hücumu həyata keçirib.
 
İsrail hücuma cavab verəcəyini vəd edib.

Oktyabrın 26-da İsrail ordusu "çoxsaylı davamlı hücumlara” cavab olaraq İrandakı hərbi obyektlərə zərbələr endirib. İslam Respublikasının Hava Hücumundan Müdafiə Qüvvələri bəyanatında İlam, Tehran və Xuzistan əyalətlərindəki hərbi hədəflərin hücuma məruz qaldığını, lakin zərərin məhdud olduğunu, əsas hücumun uğurla dəf edildiyini bildirib. 
 
Aytac 

www.anews.az
Избранный
16
anews.az

1Источники