RU

Sahil Babayev gürcü həmkarı ilə görüşüb

Bakıda keçirilən COP29 tədbiri çərçivəsində əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayevlə Gürcüstanın işğal olunmuş ərazilərdən məcburi köçkünlər, əmək, səhiyyə və sosial işlər naziri Mixeil Sarjveladzenin görüşü olub.

Bu barədə Vətəninfo.az-a Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən xəbər verilib.

Bildirilib ki, Azərbaycan və Gürcüstan arasında əlaqələrin ikitərəfli dostluq və strateji tərəfdaşlıq prinsipləri əsasında bütün sahələrdə inkişaf etməkdə olduğu vurğulanıb. Ölkəmizdə son illər aparılan sosial islahatlar və əldə olunan nailiyyətlər barədə məlumat verilib.

DOST konsepsiyasının üstünlükləri, habelə əmək, məşğulluq, sosial müdafiə sahələrində rəqəmsal texnologiyaların geniş tətbiqi sahəsində görülən işlər diqqətə çatdırılıb. Bu sahələrdə ikitərəfli əməkdaşlıq və təcrübə mübadilələrinin qarşılıqlı faydalı olduğu qeyd edilib.

Qeyd edək ki, görüşdə əmək, məşğulluq və sosial müdafiə sahələrində iki nazirlik arasında əlaqələrin genişləndirilməsi imkanları müzakirə olunub.

Избранный
25
5
veteninfo.az

6Источники