RU

Azərbaycan iqlim dəyişiklikləri ilə bağlı məlumatlılığın beynəlxalq PISA proqramına daxil edilməsini təklif edir - Nazir

Bakı. Trend:

COP29-un sədri kimi Azərbaycan iqlim dəyişiklikləri ilə bağlıməlumatlılığın PISA (Şagird nailiyyətlərinin beynəlxalqqiymətləndirilməsi proqramı) çərçivəsində ölçülə bilən komponentkimi daxil edilməsini təklif edir.

Trend xəbər verir ki, bubarədə Azərbaycanın elm və təhsil naziri Emin Əmrullayev COP29çərçivəsində təşkil edilən "Təhsilin ekoloji istiqamətəyönəldilməsi və iqlim savadlılığının artırılması" mövzusundadəyirmi masa zamanı bildirib.

"Təhsil yalnız anlamağa aparan yol deyil, həm də mühümdəyişikliklərin və dayanıqlığın möhkəmləndirilməsi üçün birmexanizmdir. Biz UNESCO, OECD və “Təhsilin Ekoloji İstiqamətəYönəldilməsi üzrə Tərəfdaşlıq” kimi beynəlxalq tərəfdaşlarlaəməkdaşlıqdan qürur duyuruq.

UNESCO-nun təhsil sistemlərinin ekoloji istiqamətə yönəldilməsi,o cümlədən, tədris proqramlarının və məktəblərin ekolojiistiqamətdə dəyişdirilməsi üzrə geniş təşəbbüsü bütün səviyyələrdəiqlim dəyişiklikləri ilə bağlı məlumatlılığın artırılmasına köməkedir. Təhsilin Ekoloji İstiqamətə Yönəldilməsi üzrə Tərəfdaşlığınillik görüşü daha dayanıqlı və iqlimə uyğun təhsil sistemlərininyaradılması üçün ümumi səylərimizin bariz nümunəsidir.

COP29-un sədri olaraq, biz iqlim dəyişiklikləri ilə bağlıməlumatlılığın PISA qiymətləndirmələrində ölçülə bilən komponentkimi daxil edilməsini təklif edirik. Bu layihə yalnız şagirdlərinbiliklərini ölçməkdən kənara çıxır. O, bizə şagirdlərin iqlimproblemləri kontekstində nə qədər məlumatlı və bu problemlərlə necəqarşılıqlı əlaqədə olduqlarını başa düşməyə kömək edəcək. Buməlumatlardan istifadə edərək, gəncləri gələcək çağırışlarahazırlayan daha effektiv siyasət və tədris strategiyaları hazırlayabiləcəyik.

PISA platforması artıq etibarlı bir dünya standartıdır və iqlimsavadlılığına yeni vurğu dünya üzrə dəyişikliklərə səbəb olabilər", - deyə o qeyd edib.

Qeyd edək ki, noyabrın 11-də BMT-nin İqlim Dəyişmələri üzrəÇərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının(COP29) açılışı olub.

COP29 çərçivəsində ən yüksək səviyyəli tədbir – DünyaLiderlərinin İqlim Fəaliyyəti Sammiti noyabrın 12-13-də təşkilolunub.

Noyabrın 22-dək Bakı Stadionunda keçiriləcək COP29 Azərbaycanınbu günədək təşkil etdiyi ən nəhəng tədbirdir və regionda ilk dəfəAzərbaycanda baş tutur.

COP29-dan əsas gözlənti iqlim maliyyəsi ilə bağlı ədalətli vəambisiyalı Yeni Kollektiv Kəmiyyət Hədəfinin (NCQG)razılaşdırılmasından ibarətdir.

COP29 Sədrliyi tərəfindən iqlim fəaliyyəti ilə dayanıqlı inkişafməqsədləri arasında əlaqəni ehtiva edən, yaşıl enerji dəhlizləri,yaşıl enerji saxlancları, iqlim dayanıqlılığı üçün harmoniya, təmizhidrogen, orqanik tullantılarda metanın azaldılması, yaşıl rəqəmsalfəaliyyət və digər mövzuları əhatə edən 14 təşəbbüs irəlisürülüb.

İqlim maliyyəsinin yaradılması fəaliyyət üçün şərait yaradanəsas prioritet olmaqla yanaşı, hamını bir araya gətirməklə 1,5°Cöhdəliyinin yerinə yetirilməsinə töhfə verəcək.

Məqalədə:
Избранный
26
2
az.trend.az

3Источники