RU

Bu gün İqlim və Sağlamlıq üzrə Bakı COP Prezidentliyi Davamlılıq Koalisiyasının yaradılması ilə bağlı Niyyət Məktubunu imzalayacağıq - Nazir

Bakı. Trend:

COP29-un ev sahibi kimi Azərbaycan iqlim və sağlamlığınkəsişməsində irəliləyişlərə dərindən sadiqdir.

Trend xəbər verir ki, bubarədə səhiyyə naziri Teymur Musayev COP29 çərçivəsində keçirilənİqlim və Sağlamlıq üzrə Yüksək Səviyyəli Dəyirmi Masada çıxışızamanı deyib.

O qeyd edib ki, iqlim dəyişikliyinin sağlamlığa təsirləri artıqdünyanın hər yerində hiss olunur.

“Bu təsirlər təkcə insanların rifahını deyil, həm də səhiyyəsistemlərimizi, xüsusən də aşağı və orta gəlirli ölkələrdədavamlılığı təhdid edir. Bu gün biz bu çağırışlarla mübarizəaparmaq üçün kollektiv öhdəliyimizdə irəliyə doğru mühüm addımatırıq.

Bu gün İqlim və Sağlamlıq üzrə Bakı COP Prezidentliyi DavamlılıqKoalisiyasının yaradılması ilə bağlı Niyyət Məktubunuimzalayacağıq. Azərbaycanın dəyərli tərəfdaşlarımız - BöyükBritaniya, Misir, Birləşmiş Ərəb Əmirlikləri və Braziliya ilə birgərəhbərlik etdiyi bu koalisiya misli görünməmiş beynəlxalqəməkdaşlığı təmsil edir.

Ümumdünya Səhiyyə Təşkilatı ilə birlikdə biz iqlim dəyişikliyivə sağlamlığın qlobal gündəmin mərkəzində qalmasını təmin etməyəsadiqik. Yeni koalisiyamız səyləri gücləndirmək, onların təsirinimaksimum dərəcədə artırmaq və hökumətlər, beynəlxalq təşkilatlar,vətəndaş cəmiyyəti, akademik dairələr və özəl sektordan maraqlıtərəfləri bir araya gətirmək üçün lazım olan davamlılığı vəplatformanı təmin edəcək”, - deyə T.Musayev bildirib.

Qeyd edək ki, noyabrın 11-də BMT-nin İqlim Dəyişikliyi üzrəÇərçivə Konvensiyasının (COP29) Tərəflər Konfransının 29-cusessiyasının açılışı olub.

COP29 çərçivəsində ən yüksək səviyyəli tədbir – DünyaLiderlərinin İqlim Fəaliyyəti Sammiti noyabrın 12-13-də təşkilolunub.

Noyabrın 22-dək Bakı Stadionunda keçiriləcək COP29 Azərbaycanınbu günədək təşkil etdiyi ən nəhəng tədbirdir və regionda ilk dəfəAzərbaycanda baş tutur.

COP29-dan əsas gözlənti iqlim maliyyəsi ilə bağlı ədalətli vəambisiyalı Yeni Kollektiv Kəmiyyət Hədəfinin (NCQG)razılaşdırılmasından ibarətdir.

COP29 Sədrliyi tərəfindən iqlim fəaliyyəti ilə dayanıqlı inkişafməqsədləri arasında əlaqəni ehtiva edən, yaşıl enerji dəhlizləri,yaşıl enerji saxlancları, iqlim dayanıqlılığı üçün harmoniya, təmizhidrogen, orqanik tullantılarda metanın azaldılması, yaşıl rəqəmsalfəaliyyət və digər mövzuları əhatə edən 14 təşəbbüs irəlisürülüb.

İqlim maliyyəsinin yaradılması fəaliyyət üçün şərait yaradanəsas prioritet olmaqla yanaşı, hamını bir araya gətirməklə 1,5°Cöhdəliyinin yerinə yetirilməsinə töhfə verəcək.

Избранный
28
1
az.trend.az

2Источники