1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.
"Qalatasaray" qışda müdafiə xəttini "Trabzonspor"un futbolçusu ilə gücləndirməyi planlaşdırır.
Oxu.Az xəbər verir ki, İstanbul təmsilçisinin əsas hədəfi Eren Elmalıdır.
"Qalatasaray" klubu "Trabzonspor"a 3 milyon avro və yarımmüdafiəçi Kerem Demirbayı təklif edəcək.
Qeyd edək ki, "Trabzonspor" Eren Elmalını 2022-ci ilin yayında "Kasımpaşa"dan transfer edib. Türkiyə millisinin üzvü olan 24 yaşlı sol cinah müdafiəçisi bu mövsüm Superliqa təmsilçisinin heyətində meydana çıxdığı 14 rəsmi matçda bir qol ötürməsi ilə yadda qalıb.