Trampın oğlu III Dünya Müharibəsi ilə bağlı xəbərdarlıq edib
ABŞ-nın yeni seçilmiş prezidenti Donald Trampın kiçik oğlu Co Bayden administrasiyasının Ukraynanın Rusiyaya uzaqmənzilli silahlardan atəş açmasına icazə verməsi ehtimalını tənqid edib.
Reyting.az xəbər verir ki, oğul Tramp bu qərarın müəlliflərini “axmaqlar” adlandırıb.
D. Trmpın oğlu deyib: “Hərbi-sənaye kompleksi, deyəsən, atam insanların həyatını xilas etmək şansı qazanmazdan əvvəl III Dünya Müharibəsinə başladığına əmin olmaq istəyir”.
Ukrayna əleyhinə fikirləri ilə tanınan respublikaçı konqresmen Marjorie Taylor Greene də Baydeni III Dünya Müharibəsini başlamağa cəhddə ittiham edib.
“Amerika xalqı noyabrın 5-də Amerikanın son qərarlarına qarşı mandat verdi və başqa insanların müharibələrini maliyyələşdirmək və ya döyüşmək istəmir. Biz öz problemlərimizi özümüz həll etmək istəyirik. Bəsdir, buna son qoyulmalıdır”,- konqresmen bildirib.
Qeyd edək ki, bir sıra Qərb nəşrlərinin yazdığına görə, Kiyev nəhayət ki, ABŞ-dan ATACMS, “Fırtına kölgəsi” və SCALP-dən istifadə edərək Rusiya ərazisinin dərinliklərinə hücum etmək üçün icazə aldığını bildirib.
Ukrayna prezidenti Vladimir Zelenski bu xəbərləri şərh edərək, belə şeylərin elan olunmadığını deyib. Moskva isə artıq NATO-nu dünya müharibəsi və cavab tədbirləri ilə hədələyir.