Fransa millisinin və PSJ-nin hücumçusu Randal Kolo Muani qışda Paris klubunu tərk etmək istədiyi ilə bağlı yayılan məlumatlara münasibət bildirib.
Fanat.Az xəbər verir ki, "France Info" onun sözlərini belə çatdırıb:
"Heç vaxt PSJ-dən bu qış getmək fikrində olmamışam. Öz üzərimdə işləməyə davam etməli, bütün gücümü meydanda qoymalıyam ki, baş məşqçimiz Luis Enrike mənə güvənsin".
Xatırladaq ki, Kolo Muani PSJ-yə 2023-cü ilin yayında, 95 milyon avro qarşılığında "Ayntraxt"dan transfer olunub.
Nihat