Azərbaycan millisinin və Polşanın “Radomyak” klubunun futbolçusu Rahil Məmmədov zədə səbəbindən bu il meydana çıxa bilməyəcək.
Msport.az xəbər verir ki, buna müdafiəçinin Estoniya ilə heç-heçə (0:0) etdikləri Millətlər Liqası matçında sıradan çıxması səbəb olub.
O, təxminən 25 gündən sonra məşqlərə start verə biləcək.
Qeyd edək ki, Polşa Ekstraklasında dekabrın 9-dan sonra qış fasiləsi olacaq.