RU

Türkiyə "yaşıl" iqtisadiyyata keçidi dəstəkləyən təhsil strategiyası hazırlayıb - Nazir

Bakı. Trend:

Türkiyə "yaşıl" iqtisadiyyata keçidi dəstəkləyən, "yaşıl"məşğulluq imkanları yaradan və ətraf mühitə həssas sektorlarda işçiqüvvəsinin ixtisasını artıran təhsil strategiyası hazırlayıb.

Trend xəbər verir ki, bubarədə Türkiyənin təhsil naziri Yusuf Tekin COP29 çərçivəsindətəşkil edilən "Təhsilin ekoloji istiqamətə yönəldilməsi və iqlimsavadlılığının artırılması" mövzusunda dəyirmi masa zamanıbildirib.

"Biz Türkiyədə bu iclasın mövzularını təhsil sistemimizəinteqrasiya etmək üçün səy göstəririk. Ötən il beynəlxalqhesabatlara və göstəricilərə əsaslanaraq təhsil proqramlarımızdabir sıra dəyişikliklər etdik. Bu dəyişikliklərin ən önəmlisi, iqlimdəyişikliyi problemi üzərində xüsusi vurğu edərək, ətraf mühitiqoruya biləcək bir nəsil yetişdirmək istəyimiz oldu. Tədrisproqramlarımızın və dərslərimizin məzmununa insanlığın fundamentaldəyərlərini və nailiyyətlərini qorumağın vacibliyini vurğulayanideyaları daxil etdik ki, uşaqlar bu məsələlərə qarşı həssas vəməlumatlı olsunlar", - deyə o bildirib.

Nazirin sözlərinə görə, Türkiyənin təhsil proqramlarına iqlimdəyişikliyinə dayanıqlılıq və davamlı inkişaf baxımından etdiyidəyişikliklər xüsusilə vacibdir.

"Bundan əlavə, biz bütün məktəblilər üçün "İqlim, ətraf mühit vəinnovativ həllər" adlı məcburi bir kurs proqramımıza daxil etdik.Bu kurs çərçivəsində uşaqlar bu məsələlərin əhəmiyyətini dərketməklə yanaşı, onları qorumaq üçün innovativ həllər hazırlamağı daöyrənirlər. Kursun mövzuları arasında ekoloji təhsil, "yaşıl"texnologiyalar, ekoloji həllər və innovativ yanaşmalar yeralır.

Bununla yanaşı, biz qadınların və uşaqların tədris prosesindəiştirakını təmin edəcək formullar hazırlamağa çalışdıq, çünkionların iqlim dəyişikliyinə dayanıqlılığı artırmaqda aktiv rolu buprosesin uğuru üçün vacibdir.

Eyni zamanda, biz "yaşıl" iqtisadiyyata keçidi dəstəkləyən,"yaşıl" məşğulluq imkanları yaradan və ətraf mühitə həssassektorlarda işçi qüvvəsinin ixtisasını artıran təhsil strategiyasıhazırladıq. Rəqəmsal təhsil çərçivəsində biz rəqəmsaltransformasiya və məsafədən təhsilə də xüsusi önəm verdik ki, bu datəhsil modelimizin mühüm bir hissəsinə çevrilib", - deyə nazirəlavə edib.

Qeyd edək ki, noyabrın 11-də BMT-nin İqlim Dəyişmələri üzrəÇərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının(COP29) açılışı olub.

COP29 çərçivəsində ən yüksək səviyyəli tədbir – DünyaLiderlərinin İqlim Fəaliyyəti Sammiti noyabrın 12-13-də təşkilolunub.

Noyabrın 22-dək Bakı Stadionunda keçiriləcək COP29 Azərbaycanınbu günədək təşkil etdiyi ən nəhəng tədbirdir və regionda ilk dəfəAzərbaycanda baş tutur.

COP29-dan əsas gözlənti iqlim maliyyəsi ilə bağlı ədalətli vəambisiyalı Yeni Kollektiv Kəmiyyət Hədəfinin (NCQG)razılaşdırılmasından ibarətdir.

COP29 Sədrliyi tərəfindən iqlim fəaliyyəti ilə dayanıqlı inkişafməqsədləri arasında əlaqəni ehtiva edən, yaşıl enerji dəhlizləri,yaşıl enerji saxlancları, iqlim dayanıqlılığı üçün harmoniya, təmizhidrogen, orqanik tullantılarda metanın azaldılması, yaşıl rəqəmsalfəaliyyət və digər mövzuları əhatə edən 14 təşəbbüs irəlisürülüb.

İqlim maliyyəsinin yaradılması fəaliyyət üçün şərait yaradanəsas prioritet olmaqla yanaşı, hamını bir araya gətirməklə 1,5°Cöhdəliyinin yerinə yetirilməsinə töhfə verəcək.

Məqalədə:
Избранный
36
1
az.trend.az

2Источники