RU

Ukrayna təkcə Kurskda 33 670-dən çox hərbçi itirib

Avqust ayında Kursk vilayətinə hücum başlayandan bəri Ukrayna Silahlı Qüvvələri (VSU) 33 670-dən çox hərbi qulluqçusunu itirib. Bu barədə Rusiya Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Qeyd edilib ki, texnika cəhətdən də az itki olmayıb. Ukrayna ordusu 213 tank, 140 piyada döyüş maşını, 115 zirehli transportyor, 1175 zirehli döyüş maşını, 958 avtomobil, 291 artilleriya qurğusu, 40 reaktiv yaylım atəş sistemi, 13 raket əleyhinə sistem sıradan çıxarılıb. Həmçinin itkilər arasında 66 elektron döyüş stansiyası və digər avadanlıqlar da yer alıb.

Qeyd edək ki, Rusiya ilə Ukrayna arasındakı genişmiqyaslı müharibə 2022-ci ilin fevralın 24-də başlayıb. Moskva işğal zamanı qoşunları Kiyevə qədər apara bilsə də, sonradan müharibədə üstünlük nisbətən Ukraynanın tərəfinə keçib. Ukrayna qoşunları ötən ilin iyunundan əks-hücum əməliyyatlarına başladılar. Amma bu da uğurlu olmadı. Son aylarda isə Rusiya yenidən döyüş meydanındakı vəziyyəti öz xeyrinə dəyişə bilib.

Tural

Избранный
29
news365.az

1Источники