RU

“COP29 Türk dövlətlərinin bir araya gəlməsində vacib prosesin başlanğıcı kimi qiymətləndirilə bilər” - DEPUTAT

“Dövlətlər bir araya gələrək hökumətlər səviyyəsində bir sıra vacib addımlar atmaqdadırlar. Lakin vətəndaş cəmiyyəti olaraq, ancaq qeyri-hökumət təşkilatları deyil, bir sıra qurumlar, beyin mərkəzləri, ali təhsil müəssisələrinin nümayəndələri, müstəqil ekspertlər, fərdi vətəndaşların özlərini də bu prosesə qatmalıyıq”.

Bizim.Media xəbər verir ki, bu sözləri deputat Gülşən Paşayeva COP29 çərçivəsində Türk Dövlətləri Təşkilatına (TDT) üzv və bu təşkilatda müşahidəçi statusa malik 8 ölkədən olan QHT-lərin birgə iqlim təşəbbüslərinə dair forumu haqqında jurnalistlərə açıqlamasında deyib.

O,  bildirib ki, ilk dəfədir ki, türk dövlətləri qeyri -hökumət təşkilatları nümayəndələri eyni məsələ ətrafında bir araya gəliblər:
 

"Yerli icmalar və sadalananlar hamısı vətəndaş cəmiyyətinin üzvləridir. Bunlar böyük bir insan qrupudur ki, indi müzakirə olunan iqlim dəyişikliyi və onun bir sıra sahələrə təsiri ilə bağlı münasibətini də biz öyrənməliyik. Ona görə də bu tədbirin ən vacib cəhəti məhz bu qrupdan olan insanların türk dövlətləri kontekstində bir araya gəlməsi və öz ölkəsində baş verən proseslər haqqında bizi məlumatlandırmasıdır.


Bu səviyyədə türk dövlətləri çərçivəsində vətəndaş cəmiyyətləri nümayəndələrinin bir araya gəlməsi baş verməmişdi. İndiyə kimi Azərbaycan, Özbəkistan, eyni zamanda, Azərbaycan və Türkiyə qeyri-hökumət təşkilatları bir neçə dəfə görüşüb, hansisa tədbirlər həyata keçiriliblər. Ona görə də bugünkü tədbir bu baxımdan hansısa vacib prosesin başlanğıcı kimi qiymətləndirilə bilər".

Günay Şahmar, Bizim.Media

Избранный
20
bizim.media

1Источники