RU

Avropa İttifaqı Gürcüstan QHT-lərinə 120 milyon avro yönəldəcək

Avropa İttifaqı (Aİ) Gürcüstan QHT-lərinə 120 milyon avro yönəldəcək.

APA xəbər verir ki, bu barədə Aİ-nin xarici siyasət rəhbəri Cozep Borrell Xarici İşlər Şurasının iclasından öncəki açıqlamasında deyib.

Borrell həmçinin hökumətə yönəldilməsi nəzərdə tutulan 100 milyon avrodan çox məbləğin dondurulmasını təklif etdiyini qeyd edib. O, Aİ-nin xarici işlər nazirləinin bugünkü iclasında Gürcüstanla bağlı konkret qərarlar qəbul ediləcəyini vurğulayıb.

“Gürcüstan bu gün hamının müzakirə mövzusu olacaq. Konkret qərarlar veriləcək. Mənim təklifim odur ki, hökumətə gedən bəzi mühüm proqramları dəstəkləməyi dayandıraq. Söhbət 100 milyon avrodan çox puldan gedir ki, bu da dondurulacaq və hökumətin əvəzinə vətəndaş cəmiyyəti sektoruna yönəldiləcək. Biz bu pulu, təxminən 120 milyon avronu ədalətli seçkilər uğrunda apardıqları mübarizəyə dəstək vermək məqsədilə vətəndaş cəmiyyəti təşkilatlarına yönəldəcəyik. Avropa İttifaqının gürcü xalqına dəstəyi davam edəcək. Avropa İttifaqına üzvlük prosesi Gürcüstan hökuməti Aİ yoluna qayıdana qədər dayandırılıb. Bunun üçün çox şey dəyişdirilməlidir. Eyni zamanda, hökumətə ayrılan pulları da öz azadlığı uğrunda mübarizə aparan xalqa dəstək üçün istifadə edəcəyik”, - Borrell bildirib.

Избранный
7
2
korrespondent.az

3Источники