RU

Quba hava limanı bərpa edilməlidir? - AÇIQLAMA

İllər əvvəl Qubada aeroport tikilməsi mövzusu gündəmdə idi. Hətta sərmayə baxımından ən böyük layihələr arasında yer tutan hava limanının 600 hektar sahəni əhatə edəcəyi bildirilmişdi. Əraziyə baxış keçirilmiş, torpaq nümunələri götürülüb ekspertizaya göndərilmişdi. Lakin hələ də Qubada hava limanı yoxdur. 

Turizm eksperti Ceyhun Aşurov Redaktor.az-a açıqlamasında Qubada hava limanının fəaliyyətə başlamasının regionun iqtisadi inkişafına necə təsir göstərəcəyi barədə danışıb.

O bildirib ki, Quba-Qusar bölgəsi Azərbaycanın ən çox turizm bölgələrindəndir. Orada vaxtilə aeroport olub, amma bu, beynəlxalq hava limanı deyil, yəqin ki, ölkə daxilində sovet dövründə istifadə olunmuş aeroportlardandır:

"Azərbaycanda çoxlu hərbi və mülki məqsədli aeroportlar var, beynəlxalq aeroportların sayı 8-dir. Hal-hazırda düşünmürəm ki, Qubanın turizm aktivliyi üçün orada olan aeroportu işə salmaq o qədər də səmərəli olar, çünki Quba paytaxtdan o qədər də uzaq məsafədə deyil, təxminən 2 saatlıq yoldur. Xüsusən də nəzərə alsaq ki, yeni ödənişli yol vasitəsilə turistlər və vətəndaşlar daha qısa vaxtda buraya səyahət edə bilirlər. Yolun uzun müddət təmirdə olması və yaxud təmirdən sonra daşınması proseslərində  regionlara səyahət etmək müəyyən qədər çətin idi. Hazırda isə elə bir çətinlik yoxdur və rahatlıqla Quba-Qusar bölgəsini ziyarət etmək mümkündür".

 

Ekspertin sözlərinə görə, lokal hava limanlarının yox, beynəlxalq hava uçuşlarının daha səmərəli şəkildə təşkil olunması xaricdən ölkəmizə daha çox turistin gəlməsinə səbəb olar. Eyni zamanda turist sıxlaşmasının Bakıdan regionlara paylanmasına kömək etmiş olar:

"Bakı Hava Limanının daha çox yükləndiyi səbəbindən də ölkəyə giriş-çıxış zamanı turistlər qaldıqları müddətin 80 faizə yaxınını məhz Bakıda keçirirlər. Bu mənada regionlarda qalma sayları daha azdır. Amma düşünürəm ki, regiondakı beynəlxalq hava limanları da işləsə, bu zaman həmin ərazilərdə də turistlərin aktivliyi daha da artmış olar".

Sevinc İBRAHİMZADƏ

Избранный
29
29
redaktor.az

10Источники