RU

"Putin Avropaya hədəflənib və yeni savaşa can atır" - "Die Welt"

 
"Rusiya hakimi Ukrayna ilə kifayətlənməyəcək, onun növbəti hədəfləri Baltika ölkələri, Polşa və Finlandiya olacaq..."
 
London, Stoqholm, Vyana və Berlində siyasətçi, hərbçi və kəşfiyyatçılar bu yaxınlaradək ağlasığmaz görünən məsələlər üzərində baş sındırır.
 
Moderator.az xəbər verir ki, bu barədə Almaniyanın "Die Welt" nəşri yazıb.
 
Nəşr sual edir: Rusiya hakimi Vladimir Putin Ukraynadakı nailiyyətləri ilə kifayətlənəcəkmi? Əks təqdirdə onun növbəti addımları nədən ibarət olacaq? Bu, məsələn, növbəti hədəfin ola biləcəyi Litva kimi ölkələri narahat edir.
 
Litva hədəfdədir
 
Doqquz il Litvanın VSD  Təhlükəsizlik Xidmətinə rəhbərlik etmiş Darius Yaunişkis xəbərdarlıq edib: "Rejim Rusiya imperiyasının geri dönməsini istəyir. Buraya həmşinin Baltika dövlətləri, Ukrayna və Polşa daxildir. Putin həmçinin Finlandiyanın bir hissəsinə də hədəflənib.
 
VSD-nin hesabatına görə, Rusiya Qərb cəmiyyətlərində sabitliyi pozmaq və Ukraynaya dəstəyi sarsıtmaq üçün NATO ilə uzunmüddətli qarşıdurmaya hazırlaşır. 
 
"Putin bunun üçün özünün xüsusi xidmət orqanlarının bütün vasitələrindən, o cümlədən kritik infrastruktura qarşı diversiyalar, ictimai rəyə təsir və "Telegram-kanal" vasitəsilə agentləri cəlb etmək üsullarından istifadə edir", - Yaunişkis izah edir.
 
Moskva həmçinin feyklərdən istifadə etməklə Bundesverin Litvada briqadasının yaradılmasını pozmağa cəhd edir. Məsələn, "alman əsgərlərinin qadınları zorladıqları və Litvanı işğaı etmək istədikləri" barədə məlumatlar yayır.
 
Yaunişkis qeyd edir ki, Rusiya bu layihəyə fəal şəkildə maneçilik törədir, Litva xüsusi xidmət orqanları alman həmkarları ilə əlaqəli olaraq buna müqavimət göstərir.
 
Baltika regionu risk zonasıdır
 
Rusiya məsələləri üzrə ekspert Qerhard Manqott qeyd edir ki, Baltik dənizi potensial qarşıdurma zonasıdır.
 
"Rusiyanın hərbi təyyarələri tez-tez transponderləri söndürür, bu da NATO qırıcılarını havaya qalxmağa vadar edir. Bu, yalançı insidentlərə səbəb ola bilər, müharibə törətməsə də, çeşidli qarşıdurma yarada bilər.
 
Hədəfdə iki yerdir, bunlardan biri Estoniyanın əhalisinin 95 faizini etnik rusların təşkil etdiyi Narva şəhəridir, digəri Rusiya qüvvələrinin Kalininqradda Belarusla birləşməsi yolu ola biləcək Suvalk dəhlizidir.
 
Putin nə zaman hərəkətə keçə bilər?
 
"Mən Rusiyanın yaxın 7-10 il ərzində NATO ölkələrinə silahlı hücumunu gözləmirəm. Onun hərbi potensialı indi zəifləyib", - Manqott hesab edir.
 
O, həmçinin əlavə edib ki, NATO-nun genişləndirilməsi, o cümlədən Ukraynanın 2008-ci ildə Alyansa üvzlüyün vəd edilməsi Rusiya elitası tərəfindən təhlükə kimi qəbul edilib.
 
"Putinin Almaniyaya hücumu" kitabının müəllifi Arndt Freytaq fon Lorinqhoven hesab edir ki, Rusiya SSRİ-nin son illərdə olduğundan daha təhlükəli olub. O, dezinformasiya ilə fəal mübarizənin vacibliyini vurğulayıb.
 
Fransa və İsveç Rusiyanın təsirinə qarşı səmərəli mübarizə nümunəsi göstərir, bu məqsədlə operativ qruplar yaradır, dezinformasiya üçün cavabdeh olan şəxslərin adlarını dərc edir, kanalları bloklayır.
 
2022-ci ildə İsveçdə "Psixoloji müdafiə agentliyi", Fransa isə 2017-ci ildə Rusiyanın prezident seçkilərinə müdaxiləsi zamanı "Viginum" agentliyi yaradıb. 
 
Ekspertlərin fikrincə, Avropa ölkələri Rusiyanın təsirinə daha fəal müqavimət göstərilməsinə hazır olmalıdır. Buraya həm təhlükələrə operativ cavab verilməsi, həm də informasiya və kibertəhlükəsizliyin strateji cəhətdən möhkəmləndirilməsi daxildir.
 
Putinin Qərbin ünvanına təhdidləri - son xəbərlər
 
Bu günlər Kreml hakimi Vladimir Putin Ukraynaya Rusiya ərazilərinə zərbələrə ehtimal edilən icazənin verilməsinə cavab olaraq Britaniya və ABŞ-ı təhdid edib.
 
Onun sözlərinə görə, bu addım "münaqişənin təbiətini əhəmiyyətli dərəcədə dəyişəcək" və Moskvanı cavab verməyə vadar edəcək.
 
Həmçinin xəbər verilib ki, ABŞ Tramp administrasiyası dönəmində prezidentin sabiq müşaviri Con Bolton Rusiya ilə müharibənin perspektivlərini dəyərləndirib.
 
Onun fikrincə, NATO ilə döyüşmək üçün qüvvə və istəyi olmayan Putin yalnız öz bəyanatları ilə Qərbin Ukraynaya yardımını məhdudlaşdıra bilib.
Избранный
15
45
moderator.az

10Источники