Bu fikirləri Olaylar.az-a açıqlamasında siyasi şərhçi Elmir Səftərov deyib:
"Bu yaxınlaşma, həmçinin bütün sahələrdə türk xalqlarının bir-birinə yaxınlaşmasına da təkan verir. İstər Türk dövlətlərinin 34 hərfdən ibarət vahid əlifbası yaradılması üzrə irəliləyişlərin əldə edilməsi, istər ortaq pul vahidi, istərsə də himnin hazırlanması ideyaları hazırkı mürəkkəb geosiyasi reallıqlar müstəvisində vacib əhəmiyyət daşıyır və deyərdim ki, gələcək perspektivlər baxımından
həyati əhəmiyyətə malikdir".
E.Səftərov həmçinin qeyd edib ki, atılan bütün addımlar TDT-yə üzv ölkələr arasında təmasları daha da sıxlaşdırır, əlaqələri gücləndirməyə xidmət edir. Bu da tarixi qardaşlıq münasibətlərini daha möhkəmləndirir, dünyadakı təhdidlər fonunda birgə koordinasiyanı artırır. Eyni zamanda, Türk dövlətlərinin daha da yaxınlaşması bölgədəki ölkələrin davamlı inkişafına, sülhə təkan verir.
Qiymət Mahir