RU

Aİ İrana sanksiya tətbiq etdi – Rusiyaya görə

Avropa İttifaqı (Aİ) İranın Rusiyaya hərbi yardım göstərdiyi iddiasına ilə rəsmi Tehrana yeni sanksiyalar tətbiq edib.

KONKRET.az xəbər verir ki, bu barədə Aİ-nin mətbuat xidməti məlumat yayıb.

İranın ən böyük gəmi şirkəti olan İran İslam Respublikası Dəniz Gəmiçiliyi Qrupu və onun direktoru Aİ-nin qara siyahısına salınıb.

Avropa İttifaqı həmçinin İran silah və sursatlarının daşınmasına görə Rusiyanın üç gəmiçilik şirkətinə – “MG-Flot”, “VTS-Broker” və “Arapax”a qarşı sanksiyalar tətbiq edib.

Aİ Şurası qeyd edib ki, bu tədbirlər İranın pilotsuz uçuş aparatlarının, raketlərinin, müvafiq texnologiya və komponentlərinin ötürülməsi üçün gəmi və limanlardan istifadənin qarşısını almaq məqsədi daşıyır.

Məlik,
KONKRET.az

Избранный
18
4
konkret.az

7Источники