RU

COP29 çərçivəsində qeyri-bazar yanaşmalarına dair 6.8-ci maddə qəbul edilib - Muxtar Babayev

Bakı. Trend:

COP29 çərçivəsində bu gün qeyri-bazar yanaşmalarına dair 6.8-cimaddə qəbul edilib.

Trend xəbər verir ki, bubarədə COP29-un prezidenti, Azərbaycanın ekologiya və təbiisərvətlər naziri Muxtar Babayev COP29 çərçivəsində keçirilənmətbuat konfransında bildirib.

"Biz artıq sübut etdik ki, uğur əldə edə bilərik. İlk gündəgündəliyi qəbul etməklə ilk testi keçdik. Daha sonra COP29komandasının qalan fikir ayrılıqlarını həll etmək üçün intensiv işgünləri gəldi. Biz 6.4-cü maddənin standartları ilə bağlı razılığagəldik. Bu, 6-cı maddə üzrə danışıqların tamamlanması yolunda mühümaddımlardır", - deyə nazir qeyd edib.

Nazir həmçinin, "Zərər və İtkilər Fondu"nun imzalanmasını, qəbuledən tərəflə etibarlı idarəçilər arasında razılaşmalarınbağlanmasını və yerli icmalar və yerli xalqlar üçün Platformaçərçivəsində Bakı İş Planının yaradılmasını vurğulayıb. Onunsözlərinə görə, bu addımlar COP29 çərçivəsində əldə olunanəhəmiyyətli irəliləyişi əks etdirir.

Bununla yanaşı, Babayev danışıqların tempi ilə bağlınarahatlığını ifadə edib. O vurğulayıb ki, tərəflər proseslərisürətləndirməli və razılaşdırılmış qərara gəlməlidir.

"Bu həftə danışıqların son mərhələyə qədəm qoyduğu bir vaxtdadünyanın hər yerindən nazirləri qəbul edəcəyik. Siyasətçilərinədalətli və iddialı bir razılığa nail olmaq gücü var. Onlar buməsuliyyəti yalnız yerinə yetirməməli, həm də dərhal və konstruktivşəkildə hərəkətə keçməlidirlər", - deyə o əlavə edib.

Qeyd edək ki, noyabrın 11-də BMT-nin İqlim Dəyişmələri üzrəÇərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının(COP29) açılışı olub.

COP29 çərçivəsində ən yüksək səviyyəli tədbir – DünyaLiderlərinin İqlim Fəaliyyəti Sammiti noyabrın 12-13-də təşkilolunub.

Noyabrın 22-dək Bakı Stadionunda keçiriləcək COP29 Azərbaycanınbu günədək təşkil etdiyi ən nəhəng tədbirdir və regionda ilk dəfəAzərbaycanda baş tutur.

COP29-dan əsas gözlənti iqlim maliyyəsi ilə bağlı ədalətli vəambisiyalı Yeni Kollektiv Kəmiyyət Hədəfinin (NCQG)razılaşdırılmasından ibarətdir.

COP29 Sədrliyi tərəfindən iqlim fəaliyyəti ilə dayanıqlı inkişafməqsədləri arasında əlaqəni ehtiva edən, yaşıl enerji dəhlizləri,yaşıl enerji saxlancları, iqlim dayanıqlılığı üçün harmoniya, təmizhidrogen, orqanik tullantılarda metanın azaldılması, yaşıl rəqəmsalfəaliyyət və digər mövzuları əhatə edən 14 təşəbbüs irəlisürülüb.

İqlim maliyyəsinin yaradılması fəaliyyət üçün şərait yaradanəsas prioritet olmaqla yanaşı, hamını bir araya gətirməklə 1,5°Cöhdəliyinin yerinə yetirilməsinə töhfə verəcək.

Məqalədə:
Избранный
24
3
az.trend.az

4Источники