RU

Quterreş: "G20 ölkələri qlobal problemlərin həllinə rəhbərlik etməlidir"

\"G20 ölkələri iqlim böhranı və müharibələr kimi qlobal problemlərin həlli üçün təşəbbüslərə rəhbərlik etməlidir”.

AZXEBER.COM xarici mediaya istinadən xəbər verir ki, bu sözləri Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş katibi Antonio Quterreş Braziliyanın Rio-de-Janeyro şəhərində keçirilən G20 Liderlər Zirvəsi öncəsi mətbuat konfransında deyib.

G20 ölkələrinin böyük bir iqtisadi gücə sahib olduğuna diqqət çəkən Quterreş: \"Əllərində böyük bir diplomatik güc var. Bunu əsas qlobal problemlərin öhdəsindən gəlmək üçün istifadə etməlidirlər\" deyib.

Qəzza, Livan, Ukrayna və Sudan kimi qaynar nöqtələrə toxunan Quterreş sülhü təmin etmək üçün hərəkətə keçməyi istəyib.
 
Cəmalə
Избранный
10
azxeber.com

1Источники