"Sumqayıt"ın sabiq baş məşqçisi Aleksey Baqa Rusiyanın "Sokol" klubundan ayrılıb.
Fanat.Az xəbər verir ki, bu barədə 1-ci liqa təmsilçisinin mətbuat xidməti məlumat yayıb.
Baqa ötən ilin dekabrından "Sokol"un "sükanı arxası"nda idi. Hazırda sözügedən komanda Rusiyanın 1-ci liqasında 19 xalla 16-cı pillədədir.
Qeyd edək ki, belaruslu mütəxəssis 2021/2022 mövsümündə "Sumqayıt"a rəhbərlik edib.