RU

Azərbaycanla Almaniya arasında ticarət dövriyyəsinin həcmiAÇIQLANDI

Bu ilin yanvar-sentyabr aylarında Azərbaycan ilə Almaniya arasında ticarət mübadiləsinin dəyəri 1,1 milyard dollardan çox olub. Bununla da Almaniya Azərbaycanın əsas altıncı ticarət tərəfdaşı olub.

Bu barədə AZPROMO-nun icraçı direktoru Yusif Abdullayev COP29 çərçivəsində təşkil olunan “Yaşıl transformasiya” mövzusunda Almaniya-Azərbaycan yüksəksəviyyəli biznes dialoqunda deyib.

Onun sözlərinə görə, 1 oktyabr tarixinə Azərbaycanda 191 Almaniya şirkəti aktiv fəaliyyət göstərib.

“1995-ci ildən 2024-cü ilin iyun ayına qədər Almaniyadan Azərbaycana yatırılan investisiyaların həcmi 871 milyon dolları üstələyib və bu sərmayələrin 94 faizi qeyri-neft sektorunun payına düşüb. Öz növbəsində, Azərbaycan da Almaniyaya əhəmiyyətli sərmayələr yatırıb və bu investisiyaların ümumi həcmi hesabat dövründə 592 milyon dollar təşkil edib”, – deyə AZPROMO rəhbəri qeyd edib.

Избранный
13
2
azpost.info

3Источники