RU

Nazir:"41 milyardlıq büdcədə 187 milyonluq fərq o qədər də böyük deyil"

"Siz bizim sənədləri diqqətlə oxuyursunuz, hər bir nöqtə-vergülünə fikir verirsiniz. Siz sosial sahədə kənarlaşma qeyd etdiniz. Maliyyə Nazirliyinin büdcə ilə bağlı dərc etdiyi ilkin açıqlama nazirliyin o zamankı mövqeyini əks etdirir. Ondan sonra bu sənədə İqtisadi Şurada baxılır".

Avtosfer.az xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında büdcə müzakirəsi zamanı maliyyə naziri Samir Şərifov deputat Vüqar Bayramovun çıxışına cavabında deyib.

"Burada fərqlərin olmasına belə baxmayın. 41 milyardlıq büdcədə 187 milyonluq fərq o qədər də böyük deyil. Hesab etmirəm ki, biz bu prosesi dramatikləşdirməliyik", - S.Şərifov qeyd edib.

(unikal)

Избранный
21
2
avtosfer.az

2Источники