RU

Bu ölkədə məmurlar “yalan detektoru”ndan keçəcəklər

Rusiyada məmurlarla bağlı maraqlı addım atılıb. Samara bölgəsində antikorrupsiya kampaniyasının bir hissəsi olaraq, daha çox "yalan detektoru" kimi tanınan poliqrafdan istifadə ediləcək. Bununla da məmurlar sınaqdan keçiriləcək. Bu barədə “63.Ru” portalı məlumat yayıb.

Qeyd edilib ki, regionun rəhbəri Vyaçeslav Fedorişev bu yenilik barədə yayılan məlumatları təsdiqləyib. Onun sözlərinə görə, rayonda korrupsiyaya qarşı mübarizəni təmin etmək üçün komitə də yaradılacaq. Məmurların poliqrafiya testləri 2025-ci il yanvarın 1-dən başlayacaq.

“Bu, operativ və obyektiv məlumat əldə etmək üçün bir vasitədir. O, bu və ya digər korrupsiya fəaliyyəti barədə siqnallar daxil olanda tərəflər arasında yaranmış münaqişə vəziyyətlərində istifadə olunacaq”, - qubernator izah edib.

Tural

Избранный
36
news365.az

1Источники