RU

Moskvada bağırsaq infeksiyası səbəbindən məktəblərin fəaliyyəti dayandırılıb

Moskvada bağırsaq infeksiyası hallarının qeydə alındığı məktəbin işi dayandırılıb. Artıq 30 nəfərin tibbi yardıma müraciət etdiyi məlum olub.

Bu barədə TASS-a 1512 saylı məktəbin direktoru Yelena Deqtyareva məlumat verib.

“Noyabrın 14-də Rospotrebnadzor bir neçə bağırsaq infeksiyası halının qeydə alınması ilə əlaqədar məktəb binasında tədris fəaliyyətini dayandırıb. Bina bağlanan zaman klinikaya 12 müxtəlif sinifdən 30 nəfər gəlmişdi”.

Mash Telegram kanalı bundan əvvəl Moskvanın 1512 nömrəli məktəbindən 50-yə yaxın uşağın səhhətinin pis olmasından şikayət etdiyini bildirmişdi . Ehtimal ki, bu, soyuducudan gələn su ilə bağlıdır.

DOĞRU.AZ

Избранный
12
dogru.az

1Источники