RU

Avropa İttifaqı İrana qarşı sanksiyalara başladı

Avropa İttifaqı Rusiyaya və Yaxın Şərqdəki qruplara hərbi tədarük etdiyi iddiası ilə İrana qarşı sanksiyaları genişləndirib və Tehrana qarşı ticarət məhdudiyyətləri əlavə edib.

Turkustan.az xəbər verir ki, bu barədə Brüsseldə iclası keçirilən Aİ Şurası məlumat yayıb. Bu gün Şura Rusiyanın Ukraynaya qarşı apardığı işğalçılıq müharibəsinə, eləcə də Yaxın Şərq və Qırmızı dəniz regionunda silahlı qruplar və təşkilatlara İranın hərbi dəstəyi ilə əlaqədar məhdudlaşdırıcı tədbirlərin əhatə dairəsini genişləndirmək qərarına gəlib: "Bu qərar İranın pilotsuz uçuş aparatlarına, raketlərinə və müvafiq texnologiya və komponentlərinin ötürülməsi üçün gəmilər və limanlara aiddir".

Sənəddə vurğulanır ki, “bugünkü qərar raketlərin və PUA-ların hazırlanmasında və istehsalında istifadə olunan komponentlərin Aİ-dən İrana ixracına, ötürülməsinə, tədarükünə və ya satışına qadağa qoyur”.

Bundan əlavə, Şura İranın Rusiyaya raket və pilotsuz təyyarələr tədarük etdiyi iddiası ilə bir fiziki və dörd quruma qarşı məhdudlaşdırıcı tədbirlər görüb. “İranın Gəmiçilik Şirkəti və onun direktoru Məhəmməd Rza Xiyabani də bu siyahıya daxildir”, - deyə məlumatda bildirilir.

Aytən Yaşar/ Turkustan.az

Избранный
28
1
turkustan.az

5Источники