Azərbaycanda zob xəstəliyi (qalxanabənzər vəzin böyüməsi və ya disfunksiyası) kifayət qədər yayılmış sağlamlıq problemidir. Demək olar ki, əhalinin 50 faizi bu xəstəlikdən əziyyət çəkir.
Referans.az bildirir ki, mövzu ilə bağlı Yenisabah.az-a danışan tanınmış həkim, fizioloq Rəşid Mahmudov məsələ ilə bağlı vacib məqamlara toxunub:
"Biz şükür etməliyik ki, insanlarımızın 50 faizində zob xəstəliyi aşkarlanır. Mən 17 ildir televizorda qışqırıram ki, yod çatışmazlığı var. Zob xəstəliyinin yaranmasına səbəb də elə budur. Yod torpaq və suyun tərkibində olur. Bəla ondadır ki, dünya torpağının üçdə birində yod yoxdur. Niyə ceyranın balası anadan olan kimi ayağa qalxa, qaça bilir? Ancaq yer üzünün əşrəfi, ən mükəmməl canlısı olan insan heç otura bilmir? Çünki insan orqanizmində yod çatışmır. Yenicə dünyaya gələn ceyran balası anasının bətnində yodla təmin olunur, çünki ana ceyran otlayır və torpaqdan bu maddəni qəbul edir. Ana bətnində olarkən ceyran balasının somatik əzələlərinə gələn sinirlərin üstünü miyelin qişası (sinir hüceyrələrini əhatə edir, sinir keçiriciliyini sürətləndirir və qoruyur. Bu, sinir sisteminin düzgün işləməsini təmin edir və nevroloji pozğunluqların qarşısını alır) ilə örtülür. Bu da buğum-buğum lipoprotein deməkdir. Bununla da həmin canlı hərəkət edə, qaça bilir. Bizim bədənimizdə isə yod yoxdur".
Həkim bildirib ki, suda və dənizdə yod var, ancaq bu, əfsus ki, biz dəniz suyu içmirik deyə onu nəfəslə qəbul etməliyik:
"Dənizi diqqətlə müşahidə etsək, onun üzərində neft təbəqəsinin olduğunu görmək mümkündür. Həmin təbəqə imkan vermir ki, yod sudan buxarlansın və insan onu qəbul etsin. Külək dalğa əmələ gətirəndə həmin təbəqənin arası qırılır və yod xaric olur. Beləliklə, bəzi şəxslərə yod çatır, çoxuna isə çatmır. Yod qəbul etməyən insanlarda da zob xəstəliyi əmələ gəlir. İmmunitetin zəif olmasının bir səbəbi də elə budur. Yod çatışmazlığı olmayan insanlarda təzyiq, ürək döyüntüsü və s. normal olur".
- Ночной Режим
- Домашняя страница
- Статистика
- Источники
- Рейтинг
- Погода
- Валюта