RU

Avropa çempionumuz milli ilə məşqlərə başlayacağı vaxtı açıqlayıb

Azərbaycan millisinin cüdoçusu Elcan Hacıyevin (90 kq) son durumuna aydınlıq gəlib.

Bu barədə İdman.bizə Avropa çempionunun özü məlumat verib.

Hacıyev bildirib ki, hazırda özünü yaxşı hiss edir: “Sağlamlığımla bağlı son durum yaxşı vəziyyətdədir. Məni əməliyyat edən həkim də bildirdi ki, zədəm sürətli şəkildə sağalır. Artıq 1 aydır ki, fiziki məşqlərə start vermişəm. Yanvardan isə millimizlə birlikdə məşqlərə start verəcəm. Hər gün fizioterapiyaya gedirəm. Bu proses 4 ay da davam edəcək. Əgər hər şey gözlədiyimiz kimi olarsa, martdan yarışlara qoşulacam”.

Qeyd edək ki, Hacıyev Paris-2024 Yay Olimpiya Oyunlarının 1/8 finalında Maksim-Qael Nqayapa Qamba ilə görüşünün sonlarında çiynindən xəsarət alaraq, əməliyyat olunub.

Banuçiçək Hüseynli
İdman.biz

Избранный
33
idman.biz

1Источники