RU

"Bahar" serialının aktrisası çəkiliş meydanında AĞLADI - SƏBƏB...

Aktrisa Demet Evqar yeni xəbərlə gündəmə gəlib.

BAKU.WS xəbər verir ki, hazırda "Bahar" serialında çəkilən aktrisa yorğunluq sindromuna girərək davamlı ağlamağa başlayıb.

Bu barədə film heyəti məlumat verib.

Demet yeni doğulan körpəsinə normal vaxt ayıra bilmir.

Bu səbəbdən çəkiliş meydanında "Artıq çox yoruldum. Gərgin qrafiklə işləyirəm. Uşağıma vaxt ayıra bilmirəm" deyərək ağlamağa başlayıb.

Xatırladaq ki, aktrisalar Meryem Uzerli, Müjde Uzman da çəkiliş meydanında bu sindromu yaşayıb.

Onu da qeyd edək ki, yorğunluq sindromu, iş və ya sosial həyatla əlaqəli stressin nəzarətdən çıxması nəticəsində insanın enerjisinin azalmasıdır.

Bu sindromu olan insan böhran yaşayır. Vaxt keçdikcə, o, emosional olaraq tükənir.

Psixoloji cəhətdən bu çöküş tükənmə sindromuna səbəb olur.

Избранный
33
musavat.com

1Источники