RU

Ekosistemə qəsdən ciddi zərər vuranlar azadlıqdan məhrum ediləcək

Image

Ekosistemə qəsdən genişmiqyaslı, uzunmüddətli və ciddi zərər vuranların 10 ildən 15 ilədək azadlıqdan məhrum edilməsi təsdiqlənib.

Bununla bağlı Azərbaycan Prezidenti İlham Əliyev Cinayət Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun imzalayıb.

Dəyişikliyə əsasən, Cinayət Məcəlləsinə "Ekosid" anlayışı əlavə edilib.

Belə ki, bitki və ya heyvanlar aləminin kütləvi məhv edilməsi, atmosferin, torpaq və ya su ehtiyatlarının zəhərlənməsi, yaxud ekologiyaya ziyan vuran digər hərəkətlərin qəsdən törədilməsi, bu əməllər ekoloji fəlakətə səbəb olduqda və ya ekoloji fəlakətin baş verməsi üçün real təhlükə yaratdıqda – on ildən on beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.





Избранный
16
33
baki-xeber.com

10Источники