RU

Azərbaycanda metro və taksidən istifadə azaldı – CƏDVƏL

Nəqliyyat sektorunda fəaliyyət göstərən müəssisələr və fiziki şəxslər tərəfindən bu ilin yanvar-oktyabr aylarında 1695 milyon sərnişin daşınıb.

NOCOMMENT.az xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsindən məlumat əldə edib.

Ötən ilin müvafiq dövrü ilə müqayisədə sərnişin daşınması 9,2 faiz artıb.

Sərnişinlərin 88,2 faizi avtomobil, 11,1 faizi metro, qalan hissəsi isə digər nəqliyyat növləri ilə daşınıb.Sərnişinlərin 95,3 faizi avtobus, 4,7 faizi isə minik taksilərinin xidmətlərindən istifadə edib.

Halbuki, ötən ilin yanvar-oktyabr aylarında sərnişinlərin 88 faizi avtomobil, 11,5 faizi metro, qalan hissəsi isə digər nəqliyyat növləri ilə daşınıb. Sərnişinlərin 94,6 faizi avtobus, 5,4 faizi isə minik taksilərinin xidmətlərindən istifadə edib.

Beləliklə, ölkədə avtomobil və avtobusdan istifadə artıb, metro və taksidən azalıb.

Hesabat dövründə sərnişinlərin ən çox istifadə etdiyi nəqliyyat vasitələri isə bunlardır:

Избранный
38
nocomment.az

1Источники