RU

Dünya Bankı: 2 mlrd. insanın sosial müdafiəsi təmin edilmir

Dünyada iki milyard insanın ya sosial müdafiəsi təmin edilmir, ya da yoxsulluğu aradan qaldıra bilməyəcək səviyyədə aşağıdır.

APA xəbər verir ki, bunu COP29 çərçivəsində keçirilən “İnsan İnkişafının Mühafizəsi: Sosial Müdafiə üçün İqlim Maliyyəsinin səfərbər edilməsi” panelində çıxışı zamanı Dünya Bankının nümayəndəsi Loli Aribas-Banos deyib.

O bildirib ki, ev təsərrüfatlarının, kasıb və həssas qrupların və onların yaşayış mənbələrinin iqlim şoklarına qarşı dayanıqlılığını gücləndirmək vacibdir.

“Bu, adaptiv sosial müdafiə sistemlərinin qurulması deməkdir ki, bunlar lazım olduqda genişləndirilə və ya azaldıla bilər. Dünya Bankında biz bu şoklar baş verməzdən əvvəl buna məruz qalacaq insanların sayını qiymətləndiririk və sonra sosial müdafiə sistemlərinin onlara çatmağa hazır olmasını təmin edirik”.

Избранный
29
apa.az

1Источники