RU

Oksford Universiteti məzunları COP29 çərçivəsində Bakıdadır

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi Oksford Universiteti "Saïd Business School"un nümayəndə heyətindən ibarət qrup və məzunları bir araya gətirib.

Fins.az xəbər verir ki, görüş zamanı BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) çərçivəsində iqlim dəyişikliyi, yaşıl enerji keçidi, dayanıqlılıq və yaşıl iqtisadiyyatla bağlı bir sıra mövzular ətrafında fikir mübadiləsi aparılıb. Qonaqlar bildiriblər ki, COP29-un Azərbaycanda keçirilməsi iqlim dəyişikliyi ilə mübarizədə yaşıl enerjidən istifadənin genişləndirilməsi sahəsində ölkəmizin fəallığını, həmçinin bərpa olunan enerji üzrə nəhəng potensialını dünya ictimaiyyətinə nümayiş etdirəcək.

Bununla yanaşı Oksford Universitetinin beynəlxalq tələbələr üçün yaratdığı imkanlardan danışılıb. Bura təkcə yüksək akademik standartlar deyil, həm də çoxmədəniyyətli mühit, dünya səviyyəli professorlardan dərslər və tədqiqat imkanları daxildir. Tələbələr burada həm akademik, həm də şəxsi inkişaf proqramlarından faydalana bilərlər.

Oksford Universitetinin (Saïd Business School) əməliyyatlar üzrə baş direktoru Manos Kapterian yadda qalan tədbirin yüksək səviyyədə təşkilinə ev sahibliyi etdiyi üçün Prof.Dr. Vüsal Qasımlıya xüsusi təşəkkürünü bildirib, məzunları bir araya gətirmək üçün göstərdiyi səyləri çox yüksək qiymətləndirdiklərini vurğulayıb.

Zemfira Ms
Fins.az

                            

 

Избранный
12
fins.az

1Источники