RU

Rusiyanın əməkdar artistini belə aldadıblar - 4,5 milyon borcu yaranıb

Rusiyanın Əməkdar artisti, aktrisa Anastasya Svetlova 4,5 milyon rubl (76 min 500 AZN) məbləğində dələduzluq qurbanı olub.

BAKU.WS xəbər verir ki, bu barədə "SHOT" teleqram kanalı məlumat yayıb.

Məlumata görə, Svetlova böyük məbləğdə borcunun olmasını kredit kartı almaq istəyərkən öyrənib. Aktrisaya kredit borcları olduğu üçün yeni kart verməkdən imtina edilib. Halbuki o, heç bir kredit götürmədiyini bildirib.

Məlum olub ki, dələduzlar onun adından kreditlər rəsmiləşdiriblər. Hələ apreldə fırıldaqçılar onun adına 1 milyon rublluq kredit kartı və 2,5 milyon rublluq kredit götürüblər.

Svetlovanın fikrincə, cinayətkarlar mart ayında onun dəyişdiyi SIM-kartdan istifadə edə biliblər.

Избранный
36
musavat.com

1Источники