RU

İran XİN: Trampla danışıqlara hazırıq

İran ABŞ-ın yeni seçilmiş prezidenti Donald Trampın administrasiyası ilə danışıqlara hazırdır, lakin əlavə sanksiyalar tətbiq olunarsa, güzəştə getməyəcək.

Bunu İran xarici işlər nazirinin müavini Məcid Təxt-Rəvançi deyib.

O bildirib: "Danışıqlara gəlincə, ABŞ-ın gələcək siyasətini izləməli və buna uyğun hərəkət etməliyik. İndi əsas məsələ yeni administrasiyanın İrana, nüvə probleminə, regionda təhlükəsizlik məsələlərinə hansı yanaşmasından asılıdır".

Nazir müavini sözlərinə görə, Tehran danışıqlara hazırdır, lakin Vaşinqton ölkəyə “maksimum təzyiq” etmək qərarına gəlsə, güzəştə getməyəcək:

"Biz sanksiyalardan yan keçməyə, ticarət tərəfdaşlarımızı şaxələndirməyə və sülhü qorumaq üçün region ölkələri ilə əlaqələri gücləndirməyə davam edəcəyik".

Təxt-Rəvançi vurğulayıb ki, Tramp yenidən İran neftinə qarşı sərt sanksiyalar tətbiq etməyə cəhd etsə, istədiyi effekti əldə edə bilməyəcək, çünki “bu gün dünyanın heç bir ölkəsi beynəlxalq ictimaiyyətə şərtlər diktə edə bilməz”.

Mənbə: yenisabah.az

Избранный
24
yenisabah.az

1Источники