RU

Rumıniya NATO-nun ölkədəki hərbi mövcudluğunun artırılmasını istəyir- AÇIQLAMA

Rumıniyanın Baş naziri Marsel Çolaku NATO-nun baş katibi Mark Ruttedən Alyansın ölkədəki hərbi mövcudluğunu artırmağı xahiş edib.

Azpost.info xəbər verir ki, Baş nazir bu barədə Belçikanın paytaxtında Rutte ilə görüşdən sonra keçirdiyi mətbuat konfransında deyib.

“Mən baş katibdən bu mövcudluğun artırılması və gücləndirilməsi, eləcə də NATO-nun şərq cəbhəsində, Qara dənizdə mövqelərinin möhkəmlənməsinə dəstək verməsini xahiş etdim”, – Kolaku mətbuata bildirib.

Baş nazir hesab edir ki, bu, Rusiya təhdidlərinin qarşısını almaq üçün lazımdır.

“NATO və transatlantik əlaqələr, Aİ və ABŞ bizim təhlükəsizliyimizi və müdafiəmizi qurduğumuz sütunlardır. NATO Rumıniyaya öz tarixində ən güclü təhlükəsizlik təminatları verir və buna görə də biz Alyansın möhkəmlənməsinə və mümkün olan ən güclü transatlantik münasibətlərin saxlanmasına töhfə verməyə hazırıq”, – Çolaku vurğulayıb.

Azpost.info

 

Избранный
10
azpost.info

1Источники