RU

Azərbaycanın yaşıl enerjiyə keçid siyasəti obyektiv reallıqlara əsaslanır

Bakı. Trend:

Yeni çağırışların müzakirə olunduğu qlobal COP29konfransına uğurla ev sahibliyi edən Azərbaycanın dünyanın enerjitəhlükəsizliyində artan rolu beynəlxalq miqyasda açıq etirafedilir. BMT-nin ali tədbiri bu baxımdan unikal platforma olaraq,respublikamızın yeni enerjiyə keçid strategiyasının beynəlxalqmiqyasda artan əhəmiyyətinin müzakirəsi, sektor üzrə yeniəməkdaşlıq təmayüllərinin müəyyənləşdirilməsi baxımından mühüməhəmiyyət kəsb edir.

Keçmiş postsovet məkanında ilk dəfə məhz Azərbaycanda keçirilənbu nəhəng tədbir fonunda bir daha təsdiqlənir ki, respublikamızınregiondakı və Avropadakı tərəfdaşları ilə birgə reallaşdırdığımühüm enerji layihələri Azərbaycanın dünya enerji təchizatındasabitləşdirici rol oynamasına zəmin yaradıb. Respublikamız yenineft diplomatiyasının məntiqi davamı olaraq təbii qazın Qərbbazarlarına nəqli strategiyasını uğurla reallaşdırmaqla yanaşı,alternativ və bərpa olunan enerjiyə keçidi nəzərdə tutan qloballayihələrə, yaşıl enerji dəhlizlərinə də müəlliflik edir. Başqasözlə, son onilliyədək daha çox neft-qaz ehtiyatları ilə dünyanındiqqətində olan Azərbaycanın enerji siyasəti son 10 ildəkeyfiyyətcə yeni məzmun kəsb etməyə başlayıb. Ekoloji təmizmənbələr hesabına elektrik enerjisinin istehsalının məqsədi birtərəfdən atmosferə atılan qaz emissiyalarının həcminin azaldılmasıyolu ilə ölkəmizin iqlim öhdəliklərinin yerinə yetirilməsi, digərtərəfdən Avropa İttifaqı və digər region dövlətlərinə yaşıl enerjiixracının genişləndirilməsi, yaşıl ixrac dəhlizlərininyaradılmasıdır.

Bu kontekstdə anti-Azərbaycan şəbəkənin Azərbaycanın neft-qazölkəsi olduğunu əsas gətirərək, COP29-un Bakıda keçirilməsinə qarşıçıxması, tədbiri “boykot çağırışı” reallıqdan uzaq, qərəzli yanaşmakimi iflasa uğrayıb. Neft və qazla zəngin olması və digər təbiiüstünlükləri ölkəmizə qarşı gülünc və absurd ittihamlarınsəsləndirilməsinə qətiyyən əsas vermir. Üstəlik, belə qeyri-məntiqiiddiaların qlobal təchizatda rolu ölkəmizdən onlarla qat çox olandövlətlər tərəfindən səsləndirilməsi cılız siyasi maraqlardanqaynaqlanır. Ölkəmiz qlobal neft hasilatında 0,7, qlobal qazhasilatında 0,9, qlobal qaz emissiyalarında cəmi 0,1 faiz payamalikdir.

Prezident İlham Əliyev COP29 çərçivəsində çıxışları zamanı bumövzuya xüsusi toxunub və ölkəmizin neft-qaz ölkəsi olmasındagünahlandırılmasının absurd olduğunu vurğulayıb: Hərbir təbii sərvət – istər neft, qaz, külək, günəş, qızıl, gümüş vəmis – bunların hamısı təbii sərvətlərdir. Ölkələr onların olmasınagörə günahlandırılmalı və bazarda onlara tələbatın olmasısəbəbindən onları bazara çıxardıqlarına görə suçlanmalı deyillər.İnsanlara onlar lazımdır. Bir sözlə, mesajım belədir. COP29-unsədri kimi, əlbəttə, biz yaşıl keçidin güclü carçısı olacağıq vəbunu edirik, lakin, eyni zamanda, biz realist olmalıyıq”.

Azərbaycan müasir dünyanın yeni trendlərini əsas tutaraq, malikolduğu alternativ enerji mənbələrindən istifadə istiqamətindəkompleks davamlı tədbirlər həyata keçirir və COP29 çərçivəsindəimzalanan çoxsaylı sazişlər bunu bir daha təsdiqləyir. Burazılaşmalar Azərbaycanın qlobal iqlim öhdəliklərini yerinəyetirməsinə – 2030-cu ilədək istixana effekti yaradan qazemissiyalarının 35 faizədək azaldılmasına, ölkəmizin ümumi enerjibalansında bərpa olunan enerjinin payının 30 faizə çatdırılmasınaimkan yaradacaq.

Rəsmi Bakı COP29 çərçivəsində dövlətlərin yaşıl enerjiyəkeçidinin vacibliyini təşviq etməklə yanaşı, məsələyə daha realistvə praqmatik yanaşır, qalıq enerjidən yaxın onilliklərdəistifadənin tamamilə məhdudlaşdırılmasını qeyri-mümkün sayır.Müasir dövrdə alternativ enerjiyə keçid nə qədər zəruri olsa da,dünya ölkələrinin qalıq enerji asılılığı hələ onilliklər boyu davamedəcək. Bu gün dünya iqtisadiyyatı və sənayesində mühüm rolu olandövlətlər və transmilli şirkətlər böyük həcmdə neft-qaz idxaletməyə məhkumdurlar. Bu asılılığın alternativ mənbələr hesabına tamtəmin edilməsi və qısa zamanda aradan qaldırılması qeyri-mümkündür.Çünki bu gün qalıq yanacağından sənayenin neft-kimya və digərsahələrində geniş istifadə olunur. Bu səbəbdən nə Avropa, nə dəABŞ-ın yaxın onilliklərdə qalıq yanacaqsız keçinməsi mümkünolmayacaq. Bu və digər ölkələrin neft və qaz istehsalına hər ilmilyardlarla dollar sərmayə qoyuluşları da nəzərə alınmalıdır.

COP29 əleyhinə qərəzli kampaniyalar aparan qüvvələr sırasındayer alan Avropa İttifaqı bu gün Azərbaycan nefti və təbii qazınaciddi ehtiyac duyur. Bu geosiyasi arealda yerləşən dövlətlərə hasilolunan təbii qazın həcminin ilbəil artımı da alternativ enerjiyəkeçidin kifayət qədər uzunmüddətli proses olduğunu deməyə əsasverir. Bu ilin yanvar-sentyabr aylarında Azərbaycan Avropaya 9,4milyard kubmetr təbii qaz ixrac edib və bu da 2023-cü ilin eynidövrü ilə müqayisədə 0,8 milyard kubmetr, yaxud 9,3 faizçoxdur.

Müqayisə üçün onu da bildirək ki, Ukraynadakı müharibəyə rəğmən,Rusiya Avropaya boru kəməri ilə qaz ixracını 2024-cü ilinyanvar-oktyabr aylarında 15 faizdən çox artıraraq, 26,52 milyardkubmetrə çatdırıb. Avstriya, Macarıstan və Slovakiya kimi ölkələrəqaz tədarükünün 80 faizə qədəri hələ də Rusiyadan asılıdır.

Bütün bunlar, eləcə də COP29 çərçivəsində aparılan müzakirələr,əldə olunan razılaşmalar Azərbaycanın neft-qaz ölkəsi kimigünahlandırılmasının nə qədər məntiqsiz, absurd olduğunu bir dahagöstərir. Rəsmi Bakının yaşıl enerjiyə keçiddə səmimi olduğu etirafedilir, tərəfdaşları ilə birgə bu sahədəki zəngin potensialındansəmərəli istifadə yönümündə reallaşdırdığı müştərək layihələrrazılıqla qarşılanır. Təsadüfi deyil ki, COP29 çərçivəsindəAlmaniya kansleri Olaf Şolts yüksək ambisiya koalisiyasınınliderləri tərəfindən dəstəklənən qalıq yanacaqların hərtərəfliləğvi ilə bağlı bəyanatı imzalayıb. Xatırladaq ki, Dubaydakeçirilən COP28-də rəsmi Berlin bu sənədi imzalamaqdan imtinaetmişdi.

Bütün bunlar göstərir ki, dünyada enerji keçidi uzunmüddətliprosesdir. Ölkəmizə qarşı qərəzli iddialar səsləndirən bəzi Qərbdairələrindən fərqli olaraq, Azərbaycan bu məsələdə daha realist,daha səmimi yanaşma nümayiş etdirir.

MTM Analitik Qrup

Məqalədə:
Избранный
38
1
az.trend.az

2Источники