RU

"Haber Global": COP29-da Türkiyənin təqdim etdiyi "Sıfır tullantı" stendi böyük diqqət çəkir

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



Azərbaycanın paytaxtı Bakıda keçirilən Birləşmiş Millətlər Təşkilatının (BMT) İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının 29-cu Tərəflər Konfransı (COP29) çərçivəsində Türkiyə Prezident Administrasiyasının Kommunikasiyalar İdarəsi tərəfindən "Sıfır tullantı" mövzusunda qurulan stend iştirakçıların böyük marağına səbəb olub.
Bu barədə "Haber Global"ın COP29-la bağlı hazırladığı materialda bəhs edilir.
Bildirilir ki, iqlim dəyişikliyi məsələlərinin müzakirə edildiyi dünya miqyasındakı ən mühüm tədbirlərdən biri olan COP29 169 ölkədən 72 min insanın iştirakı ilə davam edir.
"COP29-da çoxsaylı görüş və danışıqlardan əlavə, müxtəlif ölkələr və təşkilatlar tərəfindən yaradılmış pavilyonlarda iqlim dəyişiklikləri ilə bağlı həllər və layihələr təqdim olunur.
COP29-un Yaşıl Zonasında Türkiyə Prezident Administrasiyasının Kommunikasiyalar İdarəsinin "Sıfır tullantı" əsas mövzusu ilə qurduğu pavilyonda ziyarətçilərə Prezident Rəcəb Tayyib Ərdoğanın həyat yoldaşı, BMT-nin Sıfır Tullantı Məsləhət Şurasının sədri Əminə Ərdoğanın təşəbbüsləri ilə başladılan "Sıfır tullantı" layihəsi haqqında məlumat verilir.
Türkiyənin ətraf mühit və iqlim dəyişikliyi ilə bağlı fəaliyyətinin üçölçülü görüntülərlə, video, infoqrafika və qısametrajlı filmlərlə nümayiş olunduğu, dizaynı və vizuallığı ilə diqqət çəkən stendə ziyarətçilər tərəfindən böyük maraq var.
Rəqəmsal təqdimatları maraqla izləyən və səlahiyyətlilərdən məlumat alan ziyarətçilər pavilyonun qarşısında şəkil çəkdirirlər", - deyə yazıda bildirilir.
Məlumata görə, stenddə iqlim dəyişikliyi və yaşıl enerji ilə bağlı müxtəlif məzmunlu tədbirlər təşkil edilir, Türkiyənin iqlim dəyişikliyi, "Sıfır tullantı" layihəsi və bərpa olunan enerji başda olmaqla, son dövrlərdə əldə etdiyi nailiyyətlər və layihələrin təqdimatına dair rəqəmsal vizual işlər iştirakçılarla paylaşılır.
Stenddə həmçinin Türkiyəyə xas endemik bitkilər və nəsli kəsilməkdə olan heyvanların rəqəmsal təsvirlərinin nümayiş olunduğu holoqram sahəsi də yer alır.
Pavilyonda rəqəmsal şəkildə təşkil edilən "Yaşıl Türkiyə sərgisi" ilə Türkiyənin yaşıl sərvəti tanıdılır. Sərgi planetin gələcəyi üçün daha yaşıl dünyanın qurulması, sağlam ekoloji mühitin yaradılması, davamlı və tarazlı gələcək üçün biomüxtəlifliyin qorunması və ona ümumi mədəni irs kimi baxılması kimi məsələlərə diqqəti cəlb etmək məqsədi daşıyır.
Əminə Ərdoğanın rəhbərliyi ilə həyata keçirilən "Su səmərəliliyi səfərbərliyi"nin təqdim olunduğu stenddə ziyarətçilərə Türkiyədə su itkilərinin azaldılması istiqamətində aparılan işlər haqqında məlumat verilir.
Türkiyə stendində Türkiyə Prezident Administrasiyasının Kommunikasiyalar İdarəsi tərəfindən hazırlanan "Dünya ortaq evimizdir" ("The World is Our Common Home"), "Türkiyə Kitabı", "Türkiyənin sirləri", "Türkiyənin Yaşıl inkişaf inqilabı", "Azərbaycanın sirləri", "21-ci əsrdə Türkiyənin ekoloji səfərbərliyi" ("Türkiye's Environmental Mobilization in The 21st Century") və "Yaşanıla bilən bir dünya üçün Türkiyənin sıfır tullantı səyahəti" adlı nəşrlərin təbliği həyata keçirilir.
Daha ətraflı videosüjetdə:
Избранный
223
50
oxu.az

10Источники