RU

Braziliyada G20 sammiti başlayıb

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



Braziliyanın Rio-de-Janeyro şəhərində "Böyük İyirmilik" (G20) qrupunun ikigünlük sammiti işə başlayıb.
Oxu.Az rbc.ru-ya istinadən xəbər verir ki, tədbirə G20 ölkələrinin və bəzi digər dövlətlərin liderləri, o cümlədən Anqola, Boliviya, Qətər, Kolumbiya, Misir, Malayziya, Nigeriya, Sinqapur və Vyetnamın rəhbərləri dəvət olunub.
Braziliya prezidenti Luiz İnasiu Lula da Silvanın sözlərinə görə, tədbirdə ümumilikdə 42 ölkə iştirak edir. Həmçinin Avropa Komissiyasının rəhbəri Ursula fon der Lyayen, eləcə də BMT-nin baş katibi Antonio Quterreş də sammitə qatılıb.
Qeyd edək ki, Braziliya Müdafiə Nazirliyi forumun təhlükəsizliyini təmin etmək üçün 9 000 hərbçini səfərbər edib.
Избранный
35
22
oxu.az

10Источники