RU

"Güclü komandalarla oynamaq istəyirik ki, gücümüzü görək" - İbrahim Uzunca

Region Liqasının yeni mövsümündə mübarizə aparacaq "Xankəndi" təlim-məşq toplanışı çərçivəsində ilk yoldaşlıq görüşünü keçirib.

İbrahim Uzuncanın rəhbərlik etdiyi komanda 1-ci liqanın lideri "Karvan"ın qonağı olub - 1:1.

Maraqlıdı, yeni yaranan komanda belə iddialı rəqiblə necə heç-heçə bildi?

İbrahim bəy "Football-plus.az"a oyun haqda danışdı:

"Futbolçularım çox yaxşı mübarizə apardı. 1:0 öndə idik, amma öz səhvimiz ucbatından qapımızda qol gördük. Buna baxmayaraq, komandamın mübarizəsindən çox razıyam. Mövsüm başlayana qədər bir-iki yoldaşlıq görüşü keçirəcəyik. 1-ci və 2-ci liqadakı bir neçə komanda ilə də yoldaşlıq görüşü keçirməyi düşünürük. Gücümüzü görək deyə, onlarla oynamaq istəyirik. Bununla bağlı danışıqlar gedir, xəbər gözləyirik. Güclü komandalarla oynamaq istəyirik ki, gücümüzü görək. Çempionat başlayana qədər bəzi əskiklərimizi düzəltməyə çalışacağıq. Yəni o çempionatın səviyyəsini indidən hiss etmək üçün 1-ci və 2-ci liqa klubları ilə oynamaq istəyirik. Buna uyğun da komanda quracağıq".


Təcrübəli mütəxəssis yeni mövsümdə iddialarından da söz açıb:

"Bu ayın sonu, ya da növbəti ayın əvvəli çempionat başlayacaq. Ona görə hazırlaşırıq. Hədəfimiz 2-ci liqaya yüksəlməkdi. Mən komandamın apardığı mübarizədən məmnunam. İlk yoldaşlıq görüşündəcə bəzi əskiklərimizi gördük. Hədəflərimiz yüksəkdi. Xankəndi adını hər il bir üst liqaya çıxaraq tanıtmağa çalışacağıq. Buna da kimsənin şübhəsi olmasın. Bu enerji, bu güc, bu temp ilə çalışaraq Xankəndi adını layiq olduğu yerə çıxarmaq üçün əlimizdən gələn mübarizəni aparmağa səy göstərəcəyik".


RÖYANƏ OĞUZ
Избранный
18
football-plus.az

1Источники