RU

Rusiyada bu görüntülərə görə azərbaycanlı tələbələrə CİNAYƏT İŞİ AÇILDI – VİDEO

Rusiyada azərbaycanlı tələbələrə qarşı cinayət işi açılıb.

İnterpress.az xəbər verir ki, bu barədə Rusiya KİV məlumat yayıb. Bildirilir ki, Rusiya İstintaq Komitəsi Moskva Maliyyə və Hüquq Universiteti (MMHU) tələbələrinin “ekstremist çağırışları” olan videoya görə iş açıb

İdarənin mətbuat xidmətindən verilən məlumata görə, azərbaycanlı gənclər “qanunsuz şüarlar” səsləndiriblər.

Həmçinin, sərəncamın icrasının gedişi Rusiya İstintaq Komitəsinin mərkəzi aparatında nəzarətə götürülüb.

Təhsil müəssisəsi videonun universitetdən kənarda lentə alındığını qeyd edib.

Onlar yürüşdə iştirak edənləri qovacaqlarına və hüquq-mühafizə orqanlarına məlumat verəcəklərinə söz veriblər.

Qeyd edək ki, yürüş iştirakçıları əllərində Azərbaycan bayraqları tutaraq Azərbaycan dilində şüarlar səsləndiriblər.

Xuraman Etibarlı

İnterpress.az

Избранный
42
interpress.az

1Источники