RU

Azərbaycanın yaşıl enerji hədəfləri yüksəkdir - Azər Qarayev

Bakı. Trend:

Azərbaycan, Qazaxıstan və Özbəkistan prezidentlərinin imzaladığı“Yaşıl enerjinin inkişafı və ötürülməsi sahəsində stratejitərəfdaşlıq haqqında Saziş” regionun enerji transformasiyası vəiqlim dəyişikliyi ilə mübarizə istiqamətində mühüm addımdır. Busaziş yalnız bərpa olunan enerji istehsalı və ötürülməsi üçün birçərçivə yaratmır, həm də Orta Asiya və Qafqaz ölkələri arasındaiqtisadi və ekoloji əməkdaşlıq perspektivlərini genişləndirir.

Bunu Trend-ə açıqlamasında politoloq Azər Qarayev bildirib.

A.Qarayev bildirib ki, Azərbaycanın yaşıl enerji hədəfləriyüksəkdir:

"Azərbaycan 2050-ci ilə qədər istixana qazı emissiyalarını 40%azaltmaq və enerji istehsalında bərpa olunan mənbələrin payını2030-cu ilə qədər 30%-ə çatdırmaq kimi mühüm məqsədlər müəyyənedib. Bu məqsədlərə çatmaq üçün ölkə aşağıdakı istiqamətlərdəfəaliyyət göstərir:

Günəş, külək və bioenerji kimi mənbələrin istifadəsi artırılır.Xüsusilə azad edilmiş ərazilərdə böyük yaşıl enerji layihələrireallaşdırılır. Ölkənin enerji infrastrukturunda modernizasiyatədbirləri həyata keçirilir və bərpa olunan enerji istehsalı üçünyeni texnologiyalar tətbiq olunur".

Onun sözlərinə görə, saziş bərpa olunan enerjinin inteqrasiyasıilə yanaşı, Orta Dəhliz vasitəsilə Mərkəzi Asiyadan Azərbaycanaenerji ixracını genişləndirməyə imkan yaradacaq. Bu addım regionunnəqliyyat və logistika sektorlarında inteqrasiyanı gücləndirərəkhəm iqtisadi, həm də ekoloji təsirləri artıracaq.

"Azərbaycanın Gürcüstan, Bolqarıstan, Rumıniya və Macarıstanlaəməkdaşlıq etdiyi Qara Dəniz vasitəsilə Avropaya yaşıl enerjiixracı layihəsi bu kontekstdə strateji əhəmiyyət daşıyır. Hər ikilayihə Avropanın enerji təhlükəsizliyini təmin etməklə yanaşı,Azərbaycanın beynəlxalq enerji bazarlarında rolunu daha damöhkəmləndirəcək", - o əlavə edib.

Politoloq vurğulayıb ki, Azərbaycan həmçinin İqlim, İnnovasiyavə Ticarət üzrə CAREC Tərəfdaşlığı haqqında Bakı Bəyannaməsi iləregionda sosial, iqtisadi və ekoloji inteqrasiyaya töhfə verir:

"Bu təşəbbüsün əsas məqsədləri, ticarət təşəbbüslərinindəstəklənməsi və regional əməkdaşlığın gücləndirilməsi, süniintellekt tətbiqləri və iqlim dəyişikliyinə adaptasiyatədbirlərinin genişləndirilməsi, sərhədyanı layihələrin inkişafı vəyeni yaşıl prinsiplərin tətbiqidir".

A.Qarayev onu da əlavə edib ki, Azərbaycanın yaşıl enerjisahəsində liderlik təşəbbüsləri, Qazaxıstan və Özbəkistanlastrateji əməkdaşlıq çərçivəsində daha da güclənir.

"Bu saziş və bəyannamələr, regionun enerji sektorunda dayanıqlıinkişafa nail olmaq və iqlim dəyişikliyi ilə mübarizə sahəsindəmühüm addımlar atmağa imkan yaradır. Həmçinin, Azərbaycanın Avropavə Mərkəzi Asiya ilə əlaqələrini möhkəmləndirərək ölkənin qlobalenerji bazarında mövqeyini gücləndirir", - politoloq qeyd edib.

Məqalədə:
Избранный
21
1
az.trend.az

2Источники