RU

Güləş məşqçilərinin seminarı Sumqayıtda - FOTO

Güləş məşqçilərinin Ümumrespublika seminarı davam edir.

İdman.biz xəbər verir ki, seminarın növbəti mərhələsi bu gün Sumqayıt şəhərində keçirilib.

Tədbirdə Sumqayıtla yanaşı, Abşeron, Xızı, Zəngilan, Cəbrayıl, Kəlbəcər, Qubadlı və Laçından olan güləş üzrə məşqçi-müəllimlər iştirak edib. Seminarın nəzəri hissəsi Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunun konfran zalında keçirilib. Abşeron-Xızı Regional Gənclər və İdman İdarəsinin idman şöbəsinin müdiri Vahid Abdullayev və Şərqi Zəngəzur Regional Gənclər və İdman İdarəsinin idman şöbəsinin müdiri Zakir Məmmədov çıxış edərək Azərbaycan Güləş Federasiyasının bu layihəsinin önəmindən danışıblar və davamlı olmasını diləyiblər. Azərbaycan Güləş Federasiyasının (AGF) regionlar üzrə əlaqələndiricisi Elfaq Səfərov son zamanlar bu idman növünün inkişafı üçün atılmış addımlara və gələcək planlara toxunub. AGF Hakimlər Kollegiyasının sədri Qərib Əliyev hakimliklə bağlı müəyyən qaydaları məşqçilərin diqqətinə çatdırıb. Yunan-Roma güləşi üzrə millinin böyük məşqçisi Rövşən Bayramov və sərbəst güləş üzrə U-20 yığma komandanın məşqçisi Rövşən Hacıyev həmkarlarıyla təcrübələrini bölüşüblər. I-S kateqoriyalı referi Sədi Quliyev mübahisə doğuran görüşlərin videolarının nümayişi fonunda verilən qərarları təhlil edib.

Seminarın praktiki hissəsi isə “Alüminiumçu” İdman Evində baş tutub. R.Hacıyev sərbəst, R.Bayramov isə yunan-Roma güləşi üzrə fəndlərin dəqiq icrasını nümayiş etdirib.

Qeyd edək ki, güləş məşqçilərinin Ümumrespublika seminarının növbəti mərhələsi noyabrın 20-də Mingəçevir şəhərində keçiriləcək.

İdman.biz

Избранный
44
1
idman.biz

2Источники