RU

Ombudsman Aparatının rəhbəri “İqlim dəyişmələri şəraitində uşaqların sağlamlıq hüququnun təmin edilməsi” mövzusunda yan tədbirdə iştirak edib

Bakı.Trend:


Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili(Ombudsman) Aparatının rəhbəri Aydın Səfixanlı COP29 çərçivəsində“İqlim dəyişmələri şəraitində uşaqların sağlamlıq hüququnun təminedilməsi” mövzusunda yan tədbirdə iştirak edib.

Trend xəbər verir ki, aparatrəhbəri tədbirdə çıxışı zamanı uşaq hüquqlarının etibarlımüdafiəsinin və təmininin Ombudsmanın fəaliyyətinin əsasistiqamətlərdən biri olduğunu qeyd edib, uşaq hüquqlarınınpozulması ilə bağlı daxil olan şikayətlərin araşdırıldığını vəonların həlli üçün qanunamüvafiq tədbirlərin həyata keçirildiyinisöyləyib.

Aparat rəhbəri “Azərbaycan Respublikasının İnsan hüquqları üzrəmüvəkkili (ombudsman) haqqında” Konstitusiya Qanununa edilmiş sondəyişikliklər barədə məlumat verərək, Müvəkkilin uşaq hüquqlarınınmüdafiəsi və bir sıra digər sahələrdə mandatının genişləndiyinibildirib, təsbit olunmuş səlahiyyətlərə müvafiq olaraq Müvəkkilintəşəbbüsü əsasında təsisatda monitorinq qruplarının yaradıldığınıdiqqətə çatdırıb.

Aydın Səfixanlı hər il olduğu kimi, bu il də Ombudsmantərəfindən 20 oktyabr - 20 noyabr tarixlərində “Uşaq HüquqlarıAylığı”nın elan edildiyini, işğaldan azad edilmiş ərazilərdəkitəhsil müəssisələrində bu il Aylıq çərçivəsində ilk dəfə olaraquşaq hüquqları ilə bağlı maarifləndirmə tədbirlərinin təşkiledildiyini bildirib.
Aparat rəhbəri iqlim dəyişmələrinin insan hüquqlarının, o cümlədənuşaq hüquqlarının səmərəli təmininə mənfi təsir göstərən əsasamillərdən biri olduğunu bildirib.

Ətraf mühitin qəsdən çirkləndirilməsinin və ekoloji cinayətlərintörədilməsinin uşaqların da sağlamlığına mənfi təsir göstərdiyinideyən A.Səfixanlı Ermənistanın uzun illər işğal altında saxladığıAzərbaycan ərazilərində törətdiyi ekoloji cinayətlərdən də danışıb.O, Ermənistan tərəfindən torpaqlarımızda basdırılmış minaların bugün də mülki əhalinin, o cümlədən həyat və sağlamlığı üçün cidditəhlükə yaratdığını, Birinci Qarabağ müharibəsindən indiyədək 358-iuşaq olmaqla 3400-dən çox şəxsin mina qurbanına çevrildiyini qeydedib.

Aparat rəhbəri, həmçinin işğal olunmuş ərazilərimizdə otuz iləyaxın müddət ərzində ətraf mühitə və biomüxtəlifliyə ciddi ziyanvurulduğunu, ekosid cinayətinin törədildiyini diqqətə çatdırıb,həmin ərazilərdə müxtəlif nadir bitki və heyvan növlərinin məhvedildiyini, su mənbələrinin zərərli maddələrlə çirkləndirildiyinibildirib.

A.Səfixanlı istismara yararsız olmasına baxmayaraq fəaliyyətinidavam etdirən və ətraf mühiti ciddi şəkildə çirkləndirənErmənistandakı Metsamor Atom Elektrik Stansiyasının (AES) təkcəAzərbaycan və Ermənistan üçün deyil, bütün region üçün potensialtəhlükə mənbəyinə çevrildiyini də vurğulayıb, AzərbaycanOmbudsmanının dəfələrlə aidiyyəti beynəlxalq təşkilatlara müraciətedərək növbəti nüvə fəlakətinin qarşısını almaq üçün həmin AES-infəaliyyətinin təhlükəsiz şəkildə dayandırılmasını və təcilibağlanmasını tələb etdiyini diqqətə çatdırıb.

Aparat rəhbəri beynəlxalq ictimaiyyəti bəşəriyyətin ekolojitəhlükəsizliyinə təhlükə yaradan, habelə sağlam ətraf mühitdəyaşamaq hüququnu kobud şəkildə pozan bu kimi cinayətlərə biganəqalmamağa çağırıb.

Məqalədə:
Избранный
30
3
az.trend.az

4Источники