RU

Belarusiyada iflasiya 5,9% təşkil edib

Fins.az - Belarusiyada oktyabr ayında inflyasiya 5,9%-ə düşüb, sentyabr ayında isə bu göstərici 6% idi.

Avrasiya İnkişaf Bankının (AİB) yayımladığı növbəti icmalda bildirilir ki, qiymət artımının əsas səbəbi tənzimlənməyən xidmətlərin bahalaşmasıdır. Oktyabr ayında xidmətlər sahəsində inflyasiya 6%-ə yüksəlib, sentyabrda isə bu rəqəm 5,6% idi.

AİB-nin analitikləri həmçinin əsas inflyasiyanın sürətləndiyini qeyd edirlər. Belə ki, oktyabr ayında əsas inflyasiya 5,3%-ə çatıb, sentyabrda isə bu göstərici 5,1%, avqustda isə 4,8% idi. Əmtəə seqmentində isə inflyasiya qiymət tənzimləmə tədbirləri nəticəsində mülayim qalıb.

Ərzaq məhsullarının qiymət artımı oktyabr ayında 7,2%-ə, sentyabrda isə 7,5%-ə düşüb. Bu, xüsusilə tərəvəzlərin qiymətinin azalması ilə izah olunur. Nəzarət olunmayan istehlak məhsullarının inflyasiyası isə bir az yavaşlayıb və oktyabrda 4,1%-ə düşüb.

Belarus Milli Bankının verdiyi son məlumatlara görə, istehlak qiymətlərinin artımı 2024-cü ilin mart ayından etibarən təxminən eyni səviyyədə qalır. Bu da ölkədə inflyasiyanın davamlı bir platoya gəldiyini göstərir.

Keçən ilin yekunlarına görə, Belarusiyada inflyasiya 5,8% təşkil edib. Bu ilin sonuna qədər isə hökumətin planlarına əsasən inflyasiya 6%-i keçməməlidir.

Избранный
34
fins.az

1Источники